Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Renat Dadaşov (17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Polşanın "Motor Lublin" klubunda və Azərbaycan milli futbol komandasında çıxış edən azərbaycanlı fut

Renat Dadaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Renat Dadaşov

Renat Dadaşov (17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Polşanın "Motor Lublin" klubunda və Azərbaycan milli futbol komandasında çıxış edən azərbaycanlı futbolçu.

Renat Dadaşov
alm. Renat Dadashov‎
Ümumi məlumatlar
Tam adı Renat Oleq oğlu Dadaşov
Doğum tarixi 17 may 1999(1999-05-17) (26 yaş)
Doğum yeri
  • Rüdeshaym-am-Reyn[d], Darmştadt[d], Hessen, Almaniya Federativ Respublikası
Vətəndaşlığı
  •  Almaniya Federativ Respublikası
  •  Azərbaycan
Boyu 186 sm
Çəkisi 81 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Polşa Motor Lublin
Nömrəsi 77
Karyerası
Gənclik karyerası
2013–2014 Almaniya Ayntraxt Frankfurt
2014–2017 Almaniya Leypsiq (U-19) 31 (12)
2017–2018 Almaniya Ayntraxt (U-19) 22 (14)
Klub karyerası
2018–2019 Portuqaliya Eştoril 22 (4)
2019–2022 İngiltərə Vulverhempton Vonderers 0 (0)
2019 →  Portuqaliya Pasuş de Ferreyra 11 (0)
2020 →  İsveçrə Qrasshoppers 0 (0)
2021–2022 →  Portuqaliya Tondela 30 (2)
2022– İsveçrə Qrasshoppers 38 (9)
2023–2024 Türkiyə Hatayspor 31 (6)
2024–2025 Türkiyə Ankaragücü 15 (2)
2025 Polşa Radomyak Radom 12 (2)
2025– Polşa Motor Lublin 0 (0)
Milli yığma
2014 Azərbaycan Azərbaycan U-16 6 (4)
2014–2015 Almaniya Almaniya U-16 yığması 6 (4)
2015–2016 Almaniya Almaniya U-17 yığması 15 (13)
2017–2018 Azərbaycan Azərbaycan U-21 2 (1)
2017– Azərbaycan Azərbaycan 30 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 17.07.2025 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16.11.2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Əslən ləzgidir. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür.

Klub karyerası

Ayntraxt Frankfurt

19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir.

Eştoril

11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı. O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı. Həmin matçda Eştoril rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdi. İlk qolunu isə həmin ilin 18 avqustunda vurdu.

Vulverhempton Vonderers

6 avqust 2019-cu ildə Dadaşov ingilis klublarından "Vulverhempton Vonderers"ə transfer olub. O, bu klubla 4 illik müqavilə imzalayıb. 10 yanvar 2020-ci ildƏ Vulverhemton U-23-ün heyətində Premyer Liqa 2 turnirinin 1-ci Divizionunda Blekbörn U-23-ə qarşı oyunda 86 dəqiqə oyun keçirdi və bu onun üçün debüt oldu. Bir neçə gün sonra Vulverhpton Tivideyl ilə yoxlama matçı keçirdi və 6:0 qələbə qazandı. Renat bu matçda dubl etməklə diqqət mərkəzinə düşdü.

Pasuş de Ferreyra

Vulverhempton daha sonra Renatı dərhal Portuqaliyanın digər klubu "Pasuş de Ferreyra"ya bir mövsümlük icarəyə verib.

Ankaragücü

Dadaşov 8 avqust 2024-cü ildə Türkiyənin "Ankaragücü" klubu ilə iki illik müqavilə imzalayıb. 20 fevral 2025-ci ildə o, klub ilə olan müqaviləsini ləvğ edib.

Radomyak Radom

24 fevral 2025-ci ildə Polşanın "Radomyak Radom" klubu Dadaşov ilə müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Motor Lublin

Dadaşov 15 iyul 2025-ci ildə Polşanın "Motor Lublin" klubu ilə növbəti mövsüm uzatma seçimi ilə bir illik müqavilə imzlayıb.

Yığma karyerası

Almaniyada azərbaycanlı ailəsində dünyaya göz açan Renatın iki millidə də oynamaq imkanı var idi. O, 2014-cü ildə qısa müddətdə Azərbaycanın U16 yaş qrupu üzrə millisində çıxış edib. O, sonradan U16 yaş qrupu üzrə millisinə dəvət alıb. O, ümidləri doğrultdu və 6 matçda 4 qol vurdu. 2015-ci ilin sentyabrında Almaniyanın U17 yaş qrupu üzrə millisində debüt edən Dadaşov millidə 15 matçda 13 qol vurması ilə diqqətləri özünə cəlb etdi. O hətta milliylə 2016-cı ildə 17 yaşlı oğlanlar arasında Avropa çempionatında yarı finala qədər irəlilədi.

2017-ci ilin əvvəlində AFFA tərəfindən Renatın Azərbaycan millisində oynayacağı ictimaiyyətə elan olundu. Almaniyanın Bild dərgisinin bildirdiyinə görə, Renat Dadaşov 1 milyon dollar pul müqabilində Azərbaycan yığmasında oynamağa razı olub. Bundan başqa futbolçuya həm də ev verilib. Lakin AFFA-nın baş katibi Elxan Məmmədov Renat Dadaşova yığmada oynaması üçün federasiya tərəfindən pul və ev verilməsi xəbərini inkar edib. Renat həmin ilin sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino millisi ilə matçda debüt edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Renat Dadaşov haqqında məlumat. Renat Dadaşov nədir? Renat Dadaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Suqinami

  • Fevral 27, 2026

    Ziyayi-Qafqaziyyə

  • Fevral 27, 2026

    128 (ədəd)

  • Fevral 27, 2026

    Qurban Səid

  • Fevral 27, 2026

    Pirallahı rayonu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst