Muxas — Azərbaycan Respublikasının Oğuz rayonunun Muxas kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır.
| Muxas | |
|---|---|
| 41°06′13″ şm. e. 47°23′09″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 766 m |
| Saat qurşağı |
|
![]() Muxas | |
Toponimikası
Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasında mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, –as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir.
Tarixi
Keçmişdə Muxas Bucaqlı da adlanmışdır.
Tarixi abidələri
Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var.
Coğrafiyası və iqlimi
Kənd Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz–Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi
Kəndin əhalisi 1354 nəfərdir (01 yanvar 2013-cü il).
İqtisadiyyatı
Kənd əhalisi heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur.
Mədəniyəti
Kənddə tam orta məktəb, körpələr evi–uşaq bağçası, Diyarşünaslıq evi, kitabxana, poçt, 175 yerlik elektron ATS, feldşer–mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var. Mədəniyyət evində 3 özfəaliyyət dərnəyi fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxas haqqında məlumat. Muxas nədir? Muxas nə deməkdir?
