Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893, Xaçmaz, Nuxa qəzası – 17 iyul 1971, Bakı) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.

Saleh Qazıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Saleh Qazıyev

Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893, Xaçmaz, Nuxa qəzası – 17 iyul 1971, Bakı) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.

Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev
Doğum tarixi 16 sentyabr 1893(1893-09-16)
Doğum yeri
  • Xaçmaz, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 iyul 1971(1971-07-17) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
İş yerləri
  • Milli Azərbaycan Tarixi Muzeyi,
  • AMEA Tarix və Etnologiya İnstitutu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Həyatı

Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət-ül maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində Pedaqoji İnstitutda, 1935–1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S. Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasına (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir.

Saleh Qazıyev (sağda) Qəbələdə İsmayıl bəy Qutqaşınlının qəbri başınsa

Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur. "Azərbaycan maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanmışdır. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.

Həmçinin bax

  • İlyas Babayev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saleh Qazıyev haqqında məlumat. Saleh Qazıyev nədir? Saleh Qazıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Frederik

  • Fevral 27, 2026

    Liya Axecakova

  • Fevral 24, 2026

    Ay

  • Fevral 26, 2026

    Prototribosphenida

  • Fevral 27, 2026

    Turmalin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst