Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektrik boşalması — Dünyada ilk dəfə rus alimləri Mixail Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rixman (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi Fra

Elektrik boşalması

  • Ana Səhifə
  • Vikipediya
  • Elektrik boşalması

Elektrik boşalması — Dünyada ilk dəfə rus alimləri Mixail Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rixman (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü ildə M.V.Lomonosov «Allahın böyüklüyü haqqında axşam düşüncələri» əsərində ildırımın və şimal qütb parıltısının elektrik təbiətli olması ideyasını irəli sürmüşdür. Bir qədər sonra (1752‐ci ildə) Frankel və Lomonosov ildırım maşınının köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü elektrik boşalmasıdır. Bununla yanaşı aşkar edilmişdir ki, hətta ildırım olmadıqda da havada elektrik boşalması baş verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində qurulmuş Leyden bankalarından ibarət idi. Bankalardan birinin qapağı naqil vasitəsilə açıq havada yerləşdirilmiş metal darağa və ya dəmir milə birləşdirilirdi.

Sankt-Peterburq tibbi‐cərrahiyyə akademiyasının akademiki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonosovun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq (ingilis fiziki Devidən bir neçə il əvvəl) havada iki kömür elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş və göstərmişdir ki, havadan elektrik cərəyanı keçərkən elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü qoyub, onları naqillər vasitəsilə güclü elektrik mənbəyinə qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları arasında parlaq (gözqamaşdırıcı) ağ işıqlanma (alov) yaranacaq və bu alovun təsirindən kömürlər yanacaq». V.V.Petrovun elmi işləri rus dilində dərc olduğuna görə, onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin dövrdə elmi işlərə bir o qədər maraq göstərilmədiyindən həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də, sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına yazılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektrik boşalması haqqında məlumat. Elektrik boşalması nədir? Elektrik boşalması nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Humaş

  • Fevral 27, 2026

    Mayk Braun

  • Fevral 27, 2026

    Qağayı

  • Fevral 27, 2026

    Xabarovsk diyarı

  • Fevral 27, 2026

    Buxari

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst