Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbn Mənzur (ərəb. ابن منظور‎; 7 noyabr 1233 – yanvar 1312, Qahirə) və ya Əbül-Fəzl Cəmaləddin Məhəmməd ibn Mükərrəm ibn Əli ibn Əhməd əl-Ənsari ər-Rüveyfi — "Li

İbn Mənzur

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Mənzur

İbn Mənzur (ərəb. ابن منظور‎; 7 noyabr 1233 – yanvar 1312, Qahirə) və ya Əbül-Fəzl Cəmaləddin Məhəmməd ibn Mükərrəm ibn Əli ibn Əhməd əl-Ənsari ər-Rüveyfi — "Lisan əl-Ərəb" adlı ensiklopedik lüğətin müəllifi olan dilçi alim. Ədib və şafii fəqihi.

İbn Mənzur
ərəb. ابن منظور‎
Doğum tarixi 7 noyabr 1233(1233-11-07)
Vəfat tarixi yanvar 1312(1312-01) (78 yaşında)
Vəfat yeri
  • Qahirə, Məmlük dövləti, Misir
Elm sahələri dilçilik, ədəbiyyat, fiqh

Bioqrafiyası

Qahirədə anadan olub. "İbn Mükərrəm", "əl-Ənsari", "ər-Rüveyfii", "əl-İfriki", "əl-Misri" nisbələri ilə tanınır. İlk təhsilini atasından alıb. Kiçik yaşlarından etibarən Yusif ibn Muhayyəli, İbn əl-Əfif, Əbdürrəhim ibn Tufeyl və Əli ibn Hüseyn əl-Bağdadi əl-Hənbəli kimi müəllimlərdən dil, ədəbiyyat, inşa, hədis və fiqh dərsləri alıb. Qahirədə "Divani-İnşa"da işləyib. Tripolidə qazılıq edib. Qrammatika, tarix, lüğət, yazı və isnadlı hədis sahələrində mütəxəssis olan İbn Mənzur, Dəməşq və Qahirədə hədis dərsləri vermişdir. O, həmçinin böyük həcmli kitabları ixtisar etməsi ilə də məşhur idi: "əl-Əğani", "əl-İqdul-fərid", "əz-Zahirə", "Tarixu-Diməşq", "Tarixu-Bağdad", "Yətimətud-dəhr", "ət-Təbəqatul-kübra" və "Zəhrul-ədəb" kimi kitabları ixtisar edərək sadələşdirmişdir. Oğlu onun 500 cildlik ixtisar edilmiş kitab miras qoyduğunu demişdir. Oğlu Qütbuddin, Zəhəbi, Təqiyəddin əs-Subki və Ələməddin əl-Birzəli onun tələbələrindəndir. Onun mödətil şiə olduğu qeyd olunmuşdur. Tacəddin əs-Subki, "Təbəqatuş-Şafiiyyə" adlı kitabında şiəliyə meyilli olduğu üçün ondan bəhs etməmişdir. İbn Mənzur, Qahirədə vəfat etmiş və Qarafə qəbiristanlığında dəfn edilmişdir.

Əsərləri

İbn Mənzurun qələmə almış olduğu bəzi əsərləri bunlardır:

  • Lisanul-Ərəb. Sözlərin sayına və ehtiva etdiyi müfəssəl məlumatlara görə ərəb lüğətləri arasında ilk yerdə hesab olunur.
  • Muxtərul-Əğani fil-əxbar vət-təhani. Əbül-Fərəc əl-İsfahaninin "əl-Əğani" adlı əsərinin müxtəsəridir.
  • Nisarul-əzhar fil-ləyli vən-nəhar və ətayibi (əvqati)l-əsail vəl-əshar və sairi mə yəşməlu aleyhi min kəvakibil-fələkid-dəvvar.
  • Sururun-nəfs bi-mədarikil-həvassil-xəms. Əhməd ibn Yusif ət-Tifaşinin əsərinin ikinci hissəsinin ixtisarıdır.
  • Əxbaru Əbi Nuvas.
  • Muxtəsəru Tarixi Diməşq. İbn Əsakirin əsərinin ixtisarıdır.
  • Muxtəsərut-Təzkirətil-Xəmduniyyə (əl-Muntəxab vəl-muxtar minən-nəvadir vəl-əxbar).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Mənzur haqqında məlumat. İbn Mənzur nədir? İbn Mənzur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çjuanlar

  • Fevral 27, 2026

    Tottori prefekturası

  • Fevral 27, 2026

    İmam Cavad

  • Fevral 26, 2026

    Vladimir Lenin

  • Fevral 27, 2026

    Avroviziya 2011

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst