Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu – 23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıç

Amil Avey

  • Ana Səhifə
  • Vikipediya
  • Amil Avey

Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu – 23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009)

Amil Yusif oğlu Məmmədov
Təxəllüsü Amil Avey
Doğum tarixi 28 yanvar 1953
Doğum yeri Qazaxbəyli kəndi, Qazax rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi 23 noyabr 2020 (67 yaşında)
Vəfat yeri Almaniya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti şair, yazıçı, publisist
Əsərlərinin dili Azərbaycan türkcəsi
Janrlar şeir, poema, esse, oçerk

Mündəricat

Həyatı

Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980). Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir..

Ölümü

2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir.

Yaradıcılığı

Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır. Daha çox folklor üslubunda yazıb yaratmışdır. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini kitab şəklində nəşr etdirməmişdir. Müəllifin poetik axtarışları “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanmışdır. Poeziya ilə yanaşı, publisistik fəaliyyətlə də ardıcıl məşğul olmuş, Azərbaycan mətbuatının inkişafına töhfə vermişdir. Onun çoxsaylı publisistik məqalələri “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi beynəlxalq radiostansiyalarda səsləndirilmişdir. Əsərlərini Amil Avey, Amil Avoğlu və başqa imzalarla nəşr etdirmişdir.

Kitabları

  • Azərbaycan tacirləri (Rafiq H. Əliyevlə). Bakı: “Səda” nəşriyyatı, 2002, 261 s.
  • Müasir jurnalistikamızın problemləri (dərs vəsaiti). Bakı: 2003
  • Gor andı (şeirlər). Bakı: “Xatun Plyus” nəşriyyatı, 2011, 211 s.
  • Üzü Allaha tərəf. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, 210 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amil Avey haqqında məlumat. Amil Avey nədir? Amil Avey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 12, 2026

    Şərqi Avropa

  • Fevral 27, 2026

    Chenopodiastrum

  • Fevral 27, 2026

    Kipr Kilsəsi

  • Fevral 27, 2026

    Nadköröş

  • Fevral 27, 2026

    Nəvaz Şərif

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst