Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri.

Klod Mone

  • Ana Səhifə
  • Vikipediya
  • Klod Mone

Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri.

Klod Mone
fr. Claude Monet
Doğum adı Oscar-Claude Monet
Doğum tarixi 14 noyabr 1840(1840-11-14)[…]
Doğum yeri
  • Paris[…]
Vəfat tarixi 5 dekabr 1926(1926-12-05)[…] (86 yaşında)
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Jiverni qəbiristanlığı[d]
Fəaliyyəti rəssam, qrafika ustası[d]
Təhsili
  • Milli Gözəl Sənətlər Məktəbi
Janrlar peyzaj, natürmort, portret
Stil impressionizm
Tanınmış işləri
  • Təəssürat, günəşin doğuşu,
  • Suzanbağıları
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu.

28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı. O, Luvru ziyarət etmək üçün Parisə getdiyində məsləkdaşlarının bir çoxu ilə dostluq əlaqələri qurdu.

1861-ci ildə 7 illik müqaviləylə orduya getsə də, iki il sonra xalasının köməyiylə tərxis olundu.

Bir il sonra isə artıq incəsənət universitetinin tələbəsiydi. Lakin burda Sisley, Renuar və Bazille ilə tanışlığı onda sənətə ayrı bir baxış yaratdı. Artıq o, həyatı fırça səsində, ya da rənglərin qarışığında axtarırdı.

Onun məşhurluğunun ilk addımı isə 1866-cı ildə çəkdiyi "Yaşıl paltarlı qadın" əsəri oldu. Burada o, gələcək həyat yoldaşını çəkib. Sonra isə Camille adlı həmin qadından onun iki uşağı dünyaya gəldi.

Fransa-Prussiya müharibəsi zamanı o, İngiltərəyə sığındı. 1871-ci ildə Fransaya dönən rəssamın ən gözəl əsərləri Parisdə yaradıb. 1879-cu ildə Mone həyat yoldaşını itirdi. 1883–1908-ci illər ərzində Ağdəniz sahillərinə səyahət edən rəssamın təbiət mövzulu əsərlərinin çoxu məhz burada kətana köçürülüb.

Rəssam 5 dekabr 1926-cı ildə vəfat edib.

Qalereya

  • "Təəssürat, Doğan günəş, 1872, Marmottan-Mone (Paris) muzeyi.
    "Təəssürat, Doğan günəş, 1872, Marmottan-Mone (Paris) muzeyi.
  • "Kapusin bulvarı", 1873.
    "Kapusin bulvarı", 1873.
  • "Liman"
    "Liman"
  • "Zanbaqlı göl", 1899, Milli qalereya, London
    "Zanbaqlı göl", 1899, Milli qalereya, London
  • "Arjateydə qayıq yarışı", 1872, Orse muzeyi, Paris
    "Arjateydə qayıq yarışı", 1872, Orse muzeyi, Paris
  • "Arjanteydəki qırmızı qayıqlar", 1872, şəxsi kolleksiya
    "Arjanteydəki qırmızı qayıqlar", 1872, şəxsi kolleksiya
  • "Qurbağa qəfəsi", 1869, Metropoliten muzeyi, Nyu-York, ABŞ.
    "Qurbağa qəfəsi", 1869, Metropoliten muzeyi, Nyu-York, ABŞ.
  • "Bağda qadınlar", 1866-1867. Orse muzeyi, Paris, Fransa
    "Bağda qadınlar", 1866-1867. Orse muzeyi, Paris, Fransa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klod Mone haqqında məlumat. Klod Mone nədir? Klod Mone nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hind-İran dilləri

  • Fevral 23, 2026

    Daşınmaz əmlak

  • Fevral 24, 2026

    Tanzaniya bayrağı

  • Fevral 23, 2026

    Qədim Misir

  • Fevral 24, 2026

    Salyan

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst