Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir. Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kə

Sovet xalqı

  • Ana Səhifə
  • Vikipediya
  • Sovet xalqı

Sovet xalqı — SSRİ-də vətəndaş kimliyi, nəzəriyyəsi, insanların tarixi birliyi.

Tarixi

"Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir. Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kəsb eləməmişdir.

1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Nikita Xruşşov ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir. Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi. Çünki insanların yeni tarixi birliyinin yaranması ideyasının başlıca dəlili bunlar hesab edilirdi:

  • bir sosium olaraq onun SSRİ-nin simasında
    • ümumi bir vətənin olması;
    • ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının olması;
    • ümumi sosial-sinfi strukturunun olması;
    • marksizm-leninizm kimi ümumi dünyagörüşünün olması;
    • Kommunizm qurmaq kimi ümumi məqsədinin olması;
    • mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması.

1970-ci illərdən etibarən Sovet xalqının formalaşdırılmasının yeni mərhələsi başlayır. 1971-ci ildə bu tezis Sov.İKP-nin XXIV qurultayında Leonid Brejnevin hesabat çıxışında səslənir; bir qədər sonra isə o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır. Bundan sonra ideoloji don geyindirməklə "Sovet xalqı" termini partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilmişdir.

Nəhayət, 1977-ci ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur:

"Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin – sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir."

Lakin belə bir ideya tarixin sınağından keçə bilmədi, SSRİ-nin dağılması ilə bu nəzəriyyə də sona çatdı.

9 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" mövzusuna həsr edilmiş beynəlxalq simpoziumdakı çıxışı zamanı Azərbaycan Prezidenti Heydər Əliyev "Sovet xalqı" termini ilə bağlı belə demişdir:

"Keçmişdə, sovet hakimiyyəti dövründə din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır - hamısı bir idi, hamısı da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götürmək meylləri inkişaf edirdi. "Vahid sovet xalqı", "insanların yeni tarixi birliyi" kimi terminlər var idi."

O, 6 fevral 2003-cü ildə TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısındakı çıxışı zamanı da belə demişdir:

"...çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı. Get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sovet xalqı haqqında məlumat. Sovet xalqı nədir? Sovet xalqı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pasarqad

  • Fevral 27, 2026

    Dairə qövsü

  • Fevral 27, 2026

    Lenfilm

  • Fevral 27, 2026

    Hoşimin

  • Fevral 26, 2026

    Alma-Ata

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst