Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaql

Yüksək texnologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Yüksək texnologiya

Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər.

Almaniyanın Leypsiq şəhərində sənaye robot texnologiyasından istifadə edən BMW avtomobil zavodu

Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.

Yüksək texnologiya insanların qarşılıqlı əlaqəsini tələb etməyən özünəxidmət təcrübələrinə istinad edə bilər.

Tarixi

Bu ifadə 1958-ci ildə "The New York Times" qəzetində Avropa üçün "atom enerjisi"ni müdafiə edən xəbərdə istifadə edilmişdir: "… Sıx əhalisi və yüksək texnologiyası ilə Qərbi Avropa …" Robert Metz 1969-cu ildə maliyyə sütununda bu termindən istifadə edərək, Artur Kollinsin "müxtəlif sahələrdə yüksək texnologiyalı patentlərə nəzarət etdiyini" demişdi. 1971-ci ildəki məqaləsində qısaldılmış "high tech" formasından istifadə etmişdi.

2006-cı ildə İƏİT tərəfindən yüksək texnoloji istehsal sənayelərinin geniş istifadə olunan təsnifatı verilmişdir. İƏİT ölkələri daxilində bu sənayelərdə istifadə olunan tədqiqat və təkmilləşdirmə fəaliyyətlərinin intensivliyinə əsaslanır və nəticədə dörd fərqli kateqoriya əldə edilir.

Yüksək texnologiya ixracına görə ölkələrin siyahısı

Aşağıda Dünya Bankının məlumatına görə, yüksək texnologiyalı məhsulların dəyərinə görə minlərlə ABŞ dolları ilə 15 ən böyük ixracatçı ölkənin siyahısı verilmişdir:

# Ölkə Dəyər İl
1 ÇXR942,314,815.522021
2 Honkonq431,628,771.882021
3 Almaniya209,744,317.152021
4 ABŞ169,217,253.982021
5 Cənubi Koreya163,987,147.752020
6 Sinqapur159,927,958.422020
7 Yaponiya116,513,861.432021
8 Malayziya108,683,179.42021
9 Vyetnam101,534,392.932020
10 Niderland101,168,437.612021
11 Fransa97,528,027.442021
12 Meksika74,932,493.342021
13 Böyük Britaniya66,699,915.642021
14 Belçika52,227,761.212021
15 Tailand45,837,990.482020

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yüksək texnologiya haqqında məlumat. Yüksək texnologiya nədir? Yüksək texnologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Çaypara şəhristanı

  • Fevral 27, 2026

    Qeydar

  • Fevral 27, 2026

    Qara Əhmədov

  • Fevral 17, 2026

    Sinonim

  • Fevral 27, 2026

    Endimon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst