Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meçislav Volfoviç "Menaxem" Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — İsrail siyasi xadimi, İsrailin 7-ci Baş naziri (197

Menaxem Begin

  • Ana Səhifə
  • Vikipediya
  • Menaxem Begin

Meçislav Volfoviç "Menaxem" Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — İsrail siyasi xadimi, İsrailin 7-ci Baş naziri (1977–1983).

Menaxem Begin
ivr. ‏מנחם בגין‏‎
İsrailin Baş naziri
20 iyun 1977 – 10 oktyabr 1983
Əvvəlkiİshaq Rabin
SonrakıYitzhak Şamir
İsrailin kənd təsərrüfatı və kənd inkişafı naziri
19 iyun 1983 – 10 oktyabr 1983
İsrailin müdafiə naziri
14 fevral 1983 – 23 fevral 1983
ƏvvəlkiAriel Şaron
28 may 1980 – 5 avqust 1981
ƏvvəlkiEzer Vayzman
SonrakıAriel Şaron
İsrailin rabitə naziri
20 iyun 1977 – 24 oktyabr 1977
İsrailin portfelsiz naziri
5 iyun 1967 – 6 avqust 1970
Knesset üzvü
14 fevral 1949 – 13 avqust 1984
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1913(1913-08-16)[…]
Doğum yeri
  • Brest, Rusiya imperiyası
Vəfat tarixi 9 mart 1992(1992-03-09)[…] (78 yaşında)
Vəfat yeri
  • Tel-Əviv, Təl-Əviv dairəsi, İsrail
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Zeytun dağı yəhudi qəbiristanlığı[d]
Partiya
  • Likud
Fəaliyyəti siyasətçi
Uşağı 3 (Benny Begin daxil olmaqla)
Dini İudaizm
Hərbi xidmət
Döyüşlər
  • İkinci Dünya müharibəsi,
  • Polşa kampaniyası (1939)
Rütbəsi
  • Kapral

Təltifləri "Nobel" sülh mükafatı — 1978
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

M. Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub.

1943-cü ildə M. Begin "İrqun" təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar.

M. Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub.

1948-ci ildə İsrail dövləti yaranandan sonra M. Begin "İrqun"un əsasında "Xerut" ("Azadlıq") partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur.

1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır.

1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M. Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.

1973-cü ildə "Likud" blokunun yaranmasından sonra bu bloka rəhbərlik etməyə başladı. Nəticədə 1977-ci il seçkilərində qalib gələrək baş nazir seçildi və İsrailin tarixində ilk dəfə olaraq sağçı hökumət qurdu.

Baş nazir kimi hakimiyyətdə olduğu dövrdə bir sıra iqtisadi və sosial islahatlar həyata keçirib.

Aktiv xarici siyasət yürüdən M. Begin 1978-ci ildə imzalanan "Kemp-Devid" sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sadatla birgə Nobel sülh mükafatına layiq görülüb.

Livana hücumun uğursuzluğu və həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən M. Begin 1983-cü il sentyabrın 15-də vəzifəsindən istefa verib.

1992-ci il martın 9-da İsrailin paytaxtı Tel-Əvivdə vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Menaxem Begin haqqında məlumat. Menaxem Begin nədir? Menaxem Begin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kaspi (qəzet)

  • Fevral 27, 2026

    Suzanbağı

  • Fevral 27, 2026

    Siqurd Raqnarsson

  • Fevral 27, 2026

    Fəxralı

  • Fevral 24, 2026

    Leonid Brejnev

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst