Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Shenyang J-11 (çin: 歼-11) NATO kod adı Flanker B+ olan Sovet istehsalı Su-27 qırıcısının əsasında yaradılmış tək oturacaqlı, iki mühərrikli döyüş təyyarəsidir.

Shenyang J-11

  • Ana Səhifə
  • Vikipediya
  • Shenyang J-11

Shenyang J-11 (çin: 歼-11) NATO kod adı Flanker B+ olan Sovet istehsalı Su-27 qırıcısının əsasında yaradılmış tək oturacaqlı, iki mühərrikli döyüş təyyarəsidir. İstehsalı Çin Xalq Respublikasının Şenyan Aviasiya Korporasiyası tərəfindən həyata keçirilir. Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri bu təyyarənin yeganə istifadəçisidir.

Shenyang J-11
Tipi Qırıcı
İstehsalçı Çin Şenyan Aviasiya Korporasiyası
İlk uçuş 1998
İstismara verilmə tarixi 1998
İstimarının bitmə tarixi davam edir
İstismarçılar Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri
İstehsal ili 1998 - davam edir
Buraxılış sayı 253+
Vahidinin qiyməti 30 milyon ABŞ dolları
Baza modeli Suxoy Su-27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Variantları

  • J-11A: İndiyə qədər 104 ədəd istehsal olunmuşdur. İstehsalının sonrakı illərində raket xəbərdarlıq sistemi ilə təchiz olunmuşdur. Rəsmən təsdiq olunmayan modernizasiya əməliyyatlarına təyyarənin kokpitinin, həmçinin R-17 və PL-10 raketləri üçün atəşi idarəetmə sistemlərinin inkişaf etdirilməsi daxildir. Bu variantın digər adı J-11-dir.
  • J-11B: Çin istehsalı texnologiyalarla təchiz olunmuş yerli istehsal olan bu döyüş təyyarəsi WS-10A mühərriklərinə sahib olan ilk J-11 variantıdır. Kompozitlərdən daha çox istifadə olunması səbəbilə təyyarənin gövdə hissəsi nisbətən yüngüldür. Yeni avionika, şüşə kokpit, raket xəbərdarlıq sistemi və oksigen generator sistemi ilə təchiz olunmuşdur. Gələcəkdə AESA radarla təchiz olunması planlaşdırılır.
  • J-11BS: J-11B-nin iki oturacaqlı variantıdır. 2012-ci ildə aktiv istifadə olunan J-11B və J-11BS variantlarının ümumi sayı 120-dən çox idi.
  • J-11BH: J-11B-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır. İlk dəfə 2010-cu ilin may ayında ictimaiyyətə təqdim olunmuşdur.
  • J-11BSH: J-11BS-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır.
  • J-15: J-11B-nin əsasında yaradılmış aviadaşıyıcılar üçün nəzərdə tutulmuş variantdır. Prototipi 2001-ci ildə Ukraynadan satın alınmış Su-33 təyyarəsinin əsasında yaradılmışdır. J-11B variantında olan avionikadan burada da istifadə olunur.
  • J-16: 2000-ci ildə Rusiyadan satın alınmış Su-30MKK döyüş təyyarəsinin əsasında istehsal olunmuş iki oturacaqlı variantdır. J-11BS-nin başqa bir variantı olduğu açıqlanmışdır.
  • J-11D: Əvvəlki variantlara nisbətən daha ağır hava-hava tipi raketlərdən atəş açmaq qabiliyyətinə malikdir. Təsdiq olunmayan məlumatlara əsasən bu variant inkişaf etdirilmiş REM (radioelektron mübarizə) sisteminə və modernizasiya olunmuş WS-10A mühərrikinə sahibdir.

İstifadəçilər

Çin ÇXR
  • Hərbi Hava Qüvvələri: 95 ədəd J-11A, 110-dan çox J-11B və J-11BS
  • Hərbi Dəniz Qüvvələri: 48 ədəd J-11B VƏ J-11BS

Taktiki-texniki xüsusiyyətləri

Ümumi parametrlər

  • Heyət: 1
  • Uzunluğu: 21.9 m
  • Qanad qolayı: 14.7 m
  • Hündürlük: 5.92 m
  • Qanadının sahəsi: 62.04 m²
  • Boş çəki: 16,380 kq
  • Yüklü çəki: 23,926 kq
  • Maksimal qalxma çəkisi: 33,000 kq
  • Yanacaq tutumu: 9,400 kq
  • Güc təminatçısı: 2 × Lyulka AL-31F və ya Woshan WS-10A "Taihang" mühərrikləri

Uçuş keyfiyyətləri

  • Maksimal sürət: Mach 2.35 (2500 km/s)
  • Uçuş məsafəsi: 3,530 km
  • Uçuş tavanı: 19,000 m
  • Yüksəkliyə qalxma sürəti: 300 m/s
  • Qanad yüklənməsi: 371 kq/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 1.07
  • Maksimum g-yüklənmə: +9 g

Həmçinin bax

  • Suxoy Su-27
  • Suxoy Su-30

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Shenyang J-11 haqqında məlumat. Shenyang J-11 nədir? Shenyang J-11 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Con Dikinson

  • Fevral 28, 2026

    Xartiya (sənəd)

  • Fevral 27, 2026

    Heyrannisə Sultan

  • Fevral 27, 2026

    Ugedey xan

  • Fevral 27, 2026

    Ruzvelt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst