Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respu

Abazin rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Abazin rayonu

Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur.

Abazin rayonu
abq. Абаза район
kab.-çərk. Абазэ район / Абазэ куей
qaraç.-balk. Абаза район
noq. Абаза район
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°03′30″ şm. e. 41°47′10″ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz İnjiç-Çuqun
Tarixi və coğrafiyası
Yaradılıb 2006
Sahəsi
  • 300 km²
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 18.343 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu 87873
Rəsmi sayt
Abazin rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir.

Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir. Rayonun digər əhəmiyyətli çayları: Elburqan, Bolşoy Elbruqan, Hatapatikor, Kara-Paqo və Çibiş.

Tarixi

Çərkəz milli dairəsi mövcudluğu dövründə (1926-1928), abazinlərin cəmləşdiyi Abazin-Noqay və Elburqan rayonlarını əhatə etdirdi. Sonradan Abazinlərin sonradan öz «milli» rayonları olmamışdır. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən Abazin icması Abazin rayonunun təşkili barədə fikirlər səsləndirirdilər. Sovet İttifaqından sonrakı dövrdə V.İ.Xubiyev (1992-1999) və V.M.Semenov Qaraçay-Çerkesiyanın başında olanda bu fikirlər respublika rəhbərliyi səviyyəsində dəstəklənmişdir. Lakin icrata alınmamışdır.

25 dekabr 2005-ci ildə Prikubanski, Ust-Cequtinski və Xabez rayonlarının abazinlərin cəm halında yaşadığı 5 aulundan Abazin rayonunun təşkili ilə bağlı referendum keçirildi. 29 dekabr 2005-ci ildə referendumun nəticələri Qaraçay-Çərkəz Respublikası Xalq Məclisinin qərarı ilə təsdiq edildi. Rusiya Federasiyası Hökuməti 1 iyun 2006-cı il tarixində yeni rayonun adını təsdiqlədi. Rayonun rəsmi saytına görə, rayonun rəsmi tarixi 25 dekabr 2005-ci ildir.

Yeni rayona beş yaşayış məntəqəsi daxildir - Kubina aulu (Ust-Cegutinski rayonu), Psıj və Kara-Paqo aulları (Prikubanski rayonu), Elburqan və İnjiç-Çukun aulları (Xabez rayonu). 27 noyabr 2006-cı ildə Qaraçay-Çərkəz Respublikası Parlamentinin qərarı ilə «Yujnı» istixana kompleksi Abazin rayonuna verilir. 1 iyun 2006-cı ildən etibarən rayonun müvəqqəti rəhbərliyi fəaliyyətə başlayaır. Abazin rayonunun yeni hakimiyyəti və idarələri 1 yanvar 2009-cu ilədək tam şəkildə formalaşdırılır.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
abazinlər 14 808 86,75 %
çərkəzlər 853 5,00 %
ruslar 690 4,0 %
qaraçaylılar 327 1,92 %
noqaylar 59 0,35 %
tatarlar 50 0,29 %
abxazlar 41 0,24 %
digərləri 169 0,99 %
milliyyətini bildirməyənlər 72 0,42 %
ümumi 17 069 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 1 629 1 524 3 153 18,47 %
15 — 59 yaş 5 627 5 937 11 564 67,75 %
60 yaşdan yuxarı 908 1 444 2 352 13,78 %
ümumi 8 164 8 905 17 069 100,0 %

Kişilər — 8 164 nəf. (47,8 %). Qadınlar — 8 905 nəf. (52,2 %).

Əhalinin orta yaşı — 35,7 yaş. Kişilərin orta yaşı — 34,3 yaş. Qadınların orta yaşı — 37,0 yaş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abazin rayonu haqqında məlumat. Abazin rayonu nədir? Abazin rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Heliqoland

  • Fevral 27, 2026

    Nuxa qəzası

  • Fevral 27, 2026

    Rainbow

  • Fevral 27, 2026

    Uçqun

  • Fevral 27, 2026

    Dəməşq qızılgülü

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst