Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Ad

Ölülər Günü

  • Ana Səhifə
  • Vikipediya
  • Ölülər Günü

Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.Dünyasını dəyişmiş insanları hörmət və sevgi ilə anmaq üçün keçirilən festivaldır. Qəbiristanlıqlar bəzədilir, maskalar taxılır.

Ölülər Günü
Ölkə
  •  Meksika
Tarix 1 noyabr
ich.unesco.org/en/RL/000…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ölülər Günü üçün hazırlanmış Katrinanın 2 fiquru

Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.

Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. Bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Mündəricat

Meksikada

Meksikada Ölülər Günü həm ənənəyə, həm də şənliyə çevrilib. Ənənəvi olaraq Ölülər Günü hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk 2 günündə qeyd edilir. Qədim dövrlərdə adətən iyul-avqust aylarında keçirilsə də, Meksikanın işğalından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib. Adətə görə, noyabrın 1-i meksikalılar ölən uşaqları, noyabrın 2-si isə ölən böyükləri və yaşlıları yad edirlər. Bayramın adına baxmayaraq, burada həmin günlərdə heç bir bədnam hadisə baş vermir. Ölkə sakinləri ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedən meksikalılar bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.

Qurbangahlar

  • Ölülər üçün Katolik qurbangah
    Ölülər üçün Katolik qurbangah
  • Hidalqoda Xantolo ənənəvi qurbangahı
    Hidalqoda Xantolo ənənəvi qurbangahı
  • Vaşinqtonda Ölülər Günü, 2013
    Vaşinqtonda Ölülər Günü, 2013
  • Tabaskoda yerlilərin qurbangahı
    Tabaskoda yerlilərin qurbangahı

Həmçinin bax

  • Hellovin
  • Valpurgiya gecəsi
  • Koko (cizgi film, 2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölülər Günü haqqında məlumat. Ölülər Günü nədir? Ölülər Günü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Artur Rembo

  • Fevral 27, 2026

    Zarin

  • Fevral 27, 2026

    Qıraq Kəsəmən

  • Fevral 27, 2026

    Kerala

  • Fevral 27, 2026

    Yenikənd (Ağsu)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst