Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə

Devalvasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Devalvasiya

Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.

Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır.

Mündəricat

Devalvasiya və inflyasiya

İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.

Növləri

Devalvasiyanı 2 yerə ayırırlar: rəsmi(açıq) və gizli devalvasiya.

Rəsmi devalvasiya

Rəsmi devalvasiyada Mərkəzi Bank milli valyutanın devalvasiyanı rəsmən təsdiq edir.

Gizli devalvasiya

Gizli devalvasiyada dövlət pulun əsl qiymətini xarici valyutaya görə dövrdən çıxarmayaraq aşağı salmağa başlayır.

Fərqləri

Rəsmi devalvasiyada əmtəə qiymətlərini aşağı qiymətə düşməyə doğurur, amma gizli devalvasiyada bu öz özünə olmur.

Devalvasiya nümunələri

1992-ci ildə funtun enməsini misal göstərmək olar, Corc Soros bundan böyük gəlir əldə edə bilmişdi. Spekulyantların təzyiqi altında dövlət qərara aldı ki, valyutanı saxlamağa lüzum yoxdur. Funtun alman markasına qarşı enişi o vaxt 12% təşkil edirdi.

Azərbaycanda devalvasiya

Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı

Müsbət tərəfləri

  • Ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranır. Məsələn, əgər əvvəllər kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli idisə, milli valyutanın xarici valyutalara görə devalvasiyası nəticəsində kənd təsərrüfatı inkişaf edə bilər.
  • Ölkədən eksport daha qazanclı olur.
  • Devalvasiya həmçinin ölkənin makro-iqtisadi göstəricilərinədə müsbət təsir edə bilər. Məsələn, ölkənin qızıl ehtiyatı artır və s.

Mənfi tərəfləri

  • Devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Əslində sırf məsələyə makro-iqtisadi cəhətdən yanaşsaq devalvasiya əhalinin ödənişi qabiliyyətinə təsir etməli deyil… AMMA nəzərə alsaq ki, söhbət insandan gedir, məsələ dəyişir. Xaricdən gələn malların qiyməti qalxır, insanların aldıqları məvaciblər statik qalır və nəticədə eyni pula daha az fayda əldə etmək olur.
  • Banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlayır… bu əslində milli valyutanın dəyərini dahada azaldır və devalvasiya daha da dərinləşir.
  • Devalvasiya yerli məhsullarda da qiymətlərin qalxmasına stimul yaradır. Nəticədə ölkədə inflayasiya faizi daha yuxarı qalxır. Gündən-günə pul “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər.
  • Kiçik və orta biznesin çətinləşməsi. Əhalidə olan ödəniş problemləri bazarın daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilmir.
  • Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi. Təbii ki, alınan kreditlər xarici valyuta ilə olduğundan ödəyicilər üçün vəziyyət heçdə xoşa gələn olmur.

Həmçinin bax

  • Revalvasiya
  • İnflyasiya
  • Deflyasiya
  • Denominasiya
  • Qara şənbə
  • Staqflyasiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Devalvasiya haqqında məlumat. Devalvasiya nədir? Devalvasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahrud

  • Fevral 27, 2026

    Xronologiya

  • Fevral 25, 2026

    Ədəbiyyat qəzeti

  • Fevral 27, 2026

    Dərəkənd

  • Fevral 27, 2026

    Qazançı (Culfa)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst