Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bilal Əliyev (18 noyabr 1959, Kür Qaraqaşlı, Salyan rayonu) — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasını

Bilal Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Bilal Əliyev

Bilal Əliyev (18 noyabr 1959, Kür Qaraqaşlı, Salyan rayonu) — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının xalq artisti (2009).

Bilal Əliyev
Bilal Şahşirin oğlu Əliyev
Ümumi məlumatlar
Doğum adı Bilal Şahşirin oğlu Əliyev
Doğum tarixi 18 noyabr 1959(1959-11-18) (66 yaş)
Doğum yeri
  • Kür Qaraqaşlı, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1986-cı ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20092009

Həyatı

Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub.

Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndə fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir.

O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibətilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır.

Son illərdə B. Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.

2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.

Bilal Əliyevə Azərbaycan prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist", Azərbaycan prezidentinin 2 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bilal Əliyev haqqında məlumat. Bilal Əliyev nədir? Bilal Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rizvan Qarabağlı

  • Fevral 27, 2026

    Nyukta

  • Fevral 27, 2026

    Skapenin kələkləri

  • Fevral 25, 2026

    Madlen Astor

  • Fevral 24, 2026

    Arxiyepiskop

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst