Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amill

Xəstəlik

  • Ana Səhifə
  • Vikipediya
  • Xəstəlik

Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir:

  • gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər)
  • prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr)
  • tam inkişaf dövrü
  • sağalma dövrü.
Streptococcus pneumoniae Bakteriyası, Zatürriyənin araya gəlmə səbəbi

Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.

İnsan xəstəlik haqqında yanlış təsəvvürə malikdir. Biz yalnız yorğan-döşəyə düşəndə özümüzü xəstə hesab edirik. Əslində isə insanın dərisində əmələ gələn adi ləkə də, tükün tökülməsi də, dişin qaralması da, bağırsağın pis işləməsi də, çəkinin normadan artıq olması da xəstəlikdir. Bütün bunlar ona dəlalət edir ki, orqanizmin tamlığı pozulub. Orqanizm tam deyilsə, deməli, xəstədir. Orqanizmin tamlığının pozulmasının hər hansı bir təzahürü həyəcan təbili çalmaq üçün əsas olmalıdır. Ona görə ki, tamlığın hər hansı formada pozulması deyir ki, insan qeyri-sağlam həyat tərzi keçirir, bu isə heç vaxt nəticəsiz və cəzasız qalmır.

Mündəricat

Xəstələnməyin Yekunları

Orqanizmin tamlığının hər hansı formada pozulması öz-özünə keçib getmir, orqanizmin tamlığını bərpa etmək məsələsinə şüurlu formada yanaşmaq, bu problemi elmi əsaslar üzərində həll etmək lazımdır. Bunun üçün isə hər bir kəsdən insan orqanizmi haqqında, sağlamlıq haqqında, xəstəlik haqqında, sağlam və qeyri-sağlam həyat tərzi haqqında, pis və yaxşı vərdişlər haqqında müəyyən biliyə malik olmaq tələb edilir. Kortəbii, necə gəldi yaşayan insan mütləq çoxlu səhvlərə yol verəcək, müxtəlif xəstəliklərə tutulacaq. Elə buna görə də dünya şöhrətli alim Pol Breqq (ABŞ), müxtəlif ölkələrdə sağlamlıqla bağlı mühazirələr oxuyarkən, usanmadan təkrar edirdi: bütün elmlərin zirvəsi – orqanizmə qulluq etmək elmidir, onu bilməyən bədbəxtdir.

Ayrıca bax

  • Xəstəliklərin Beynəlxalq Təsnifatı
  • Neyrodegenerativ xəstəlik
  • İrsi xəstəliklər
  • Degenerativ xəstəlik
  • Xəstəlik tarixi
  • Virus
  • Yu-çenq xəstəliyi

Qaynaq

  • Bizim əsr saytı 2010-09-13 at the Wayback Machine
 Xəstəlik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəstəlik haqqında məlumat. Xəstəlik nədir? Xəstəlik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Rey Bredberi

  • Fevral 23, 2026

    Təbiət elmləri

  • Fevral 10, 2026

    Rusiya

  • Fevral 23, 2026

    Estoniya Respublikası

  • Fevral 19, 2026

    Adrian divarı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst