Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-c

Oser faciəsi

Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür. 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur.

Fransa 10-0 Azərbaycan
Turnir Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsi
Ətraflı
Tarix 6 sentyabr 1995
Yer Abbe-Deşam stadionu, Oser
Hakim Malta Alfred Mikallef
Tamaşaçı 13.479

Oyun öncəsi

Komanda O Q B M Q+ Q- T-F X
 Rumıniya 8530156+918
 Polşa 8332138+512
 Fransa 725071+611
 Slovakiya 83231015−511
 İsrail 8233111109
 Azərbaycan 7007217−150

Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı.

Oyunun detalları

Fransa 10–0 Azərbaycan
Dösayi Qol 13'
Corkaeff Qol 17', 77'
Qeren Qol 32'
Pedros Qol 48'
Löböf Qol 53', 74'
Düqarri Qol 66'
Zidan Qol 71'
Kokar Qol 90'
(Ətraflı) Booked in the 49-cu minute 49' Getman
Abbe-Deşam stadionu, Oser, Fransa
Tamaşaçı: 13.479
Hakim: Alfred Mikallef (Malta Malta)
Fransa
Azərbaycan
GK1Bernar Lama
RB2Joslen Anqloma57-ci dəqiqədə əvəz olunub 57'
LB3Bişente Lizarazu
CB4Marsel DösayiQol 13'
CB5Frank LöböfQol 53', 74'
AM6Yuri CorkaeffQol 17', 77'
DM7Didye Deşam
CM8Vensan QerenQol 32'
FW9Kristof DüqarriQol 66' 69-cu dəqiqədə əvəz olunub 69'
AM10Zinəddin ZidanQol 71'
AM11Renald PedrosQol 48' 65-ci dəqiqədə əvəz olunub 65'
Ehtiyat oyunçular:
LB12Erik Di Meko
DF13Lilian Türam57-ci dəqiqədə əvəzetmədən daxil olub 57'
FW14David Jinola65-ci dəqiqədə əvəzetmədən daxil olub 65'
MF15Kristof Kokar69-cu dəqiqədə əvəzetmədən daxil olub 69' Qol 90'
GK16Brüno Martini
Məşqçi:
Fransa Eme Jake
GK1Elxan Həsənov36-cı dəqiqədə əvəz olunub 36'
DF2Arif Əsədov
DF3İqor GetmanBooked in the 49-cu minute 49'
DF4Tərlan Əhmədov
DF5Emin Ağayev
DM6Rasim Abuşev
FW7Yunis Hüseynov
MF8Şahin Diniyev
MF9Vladislav Qədirov74-cü dəqiqədə əvəz olunub 74'
MF10Mahmud Qurbanov46-cı dəqiqədə əvəz olunub 46'
MF11Vyaçeslav Lıçkin
Ehtiyat oyunçular:
MF17Bəxtiyar Musayev
FW13Fazil Pərvərov
FW14Müşfiq Hüseynov74-cü dəqiqədə əvəzetmədən daxil olub 74'
FW15Samir Ələkbərov46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
GK16Nizami Sadıqov36-cı dəqiqədə əvəzetmədən daxil olub 36'
Məşqçi:
Azərbaycan Ağasəlim Mircavadov

Oyundan sonra

Komanda O Q B M Q+ Q- T-F X
 Rumıniya 8530156+918
 Fransa 8350171+1614
 Polşa 8332138+512
 Slovakiya 83231015−511
 İsrail 8233111109
 Azərbaycan 8008227−250

Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.

Baş məşqçi Ağasəlim Mircavadov məğlubiyyətdən dərhal sonra öz postundan istefa vermişdir. Daha sonra o, məğlubiyyətin səbəbləri kimi legioner futbolçuların gələ bilməməsi, hazırlığın çox aşağı olmasını, rəqibin çox güclü olmasını göstərmişdir. Oyunun iştirakçısı Şahin Diniyev verdiyi bir müsahibədə məğlubiyyətin səbəbini oyunçularının çoxunun legioner həyatı yaşaması, şəraitin olmaması və "hamı ilə eyni səviyyədə oynaya biləcəklərini" düşünmələri ilə əlaqələndirmişdir. Fazil Pərvərov isə hesabın belə böyük olmasının səbəbi kimi baş məşqçinin təcrübəsizliyini və hücum futbolu oynamalarını göstərmişdir.

2016-cı ildə pastemagazine.com saytı "Millilərin top-10 böyükhesablı məğlubiyyəti" siyahısına Oser faciəsini də daxil etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oser faciəsi haqqında məlumat. Oser faciəsi nədir? Oser faciəsi nə deməkdir?

Üst