Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbun-Nəcib Sührəvərdi (ərəb. أبو النجيب السهروردي‎; 1097[…], Sührəvərd, Zəncan ostanı – 1168[…], Bağdad) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, m

Əbunnəcib Sührəvərdi

  • Ana Səhifə
  • Vikipediya
  • Əbunnəcib Sührəvərdi

Əbun-Nəcib Sührəvərdi (ərəb. أبو النجيب السهروردي‎; 1097[…], Sührəvərd, Zəncan ostanı – 1168[…], Bağdad) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi.

Əbun-Nəcib Sührəvərdi
ərəb. أبو النجيب السهروردي‎
Doğum tarixi 1097(1097)[…]
Doğum yeri
  • Sührəvərd, Xudabəndə şəhristanı, Zəncan ostanı, İran
Vəfat tarixi 1168(1168)[…] (70–71 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Əsas maraqları sufilik

Mündəricat

Həyatı

Əbun-Nəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbun-Nəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır. Yaqut Həməvi halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır:

O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi.

Çətin güzəran, zəhmətli günlər keçirən Əbun-Nəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir. Əbun-Nəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır:

"Əbun-Nəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar."

Mənbələrdə Əbun-Nəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbun-Nəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur.

Yaradıcılığı

Əbun-Nəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" (Ədəb əl-müridin fit-təsəvvüf), "Allahın gözəl adlarının şərhi" (Şərh əl-Əsma əl-Hüsnə), "Çıraqların qəribəsi" (Qərib əl-məsabih) traktatlarıdır.

Zakir Məmmədov Əbun-Nəcib Sührəvərdinin təlimi haqqında yazır ki, sufi təliminin mötədil qoluna mənsub mütəfəkkirin nəzərində təsəvvüf şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, axırını isə ilahi vergi ilə səciyyələnir. O, bu mənada deyir: "Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır."

Həmçinin bax

  • Sührəvərdilik
  • Təsəvvüf

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbunnəcib Sührəvərdi haqqında məlumat. Əbunnəcib Sührəvərdi nədir? Əbunnəcib Sührəvərdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vərəndə mahalı

  • Fevral 27, 2026

    Daxili qulaq

  • Fevral 27, 2026

    Teofrast

  • Fevral 27, 2026

    S:Kovsər surəsi

  • Fevral 27, 2026

    Ceyhun Bayramov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst