Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

21 Savage (əsl adı: Şaya Bin Eybraham-Cozef; 22 oktyabr 1992) — Britaniya mənşəli rep ifaçısı, ABŞ-də fəaliyyət göstərir. London şəhərində doğulub, Atlantada bö

21 Savage

  • Ana Səhifə
  • Vikipediya
  • 21 Savage

21 Savage (əsl adı: Şaya Bin Eybraham-Cozef; 22 oktyabr 1992) — Britaniya mənşəli rep ifaçısı, ABŞ-də fəaliyyət göstərir. London şəhərində doğulub, Atlantada böyüyüb. 2013-cü ildə professional musiqi fəaliyyətinə başlayıb, üç miksteyp buraxıb. Metro Boomin ilə birgə hazırladığı "Savage Mode" (2016) minialbomu "Billboard 200" hit-paradında 23-cü pilləyə yüksəlib. Albomdan "X" və "No Heart" kompozisiyaları "Billboard Hot 100" hit-paradında 40-cı sıraya daxil olub. 2016-cı ildə Dreykin "Sneakin" kompozisiyasında iştirak edib. 2017-ci ilin yanvarında "Epic Records" şirkəti ilə müqavilə bağlayıb.

21 Savage
Ümumi məlumatlar
Doğum adı Shéyaa Bin Abraham-Joseph
Ləqəbi 21 Savage
Doğum tarixi 22 oktyabr 1992(1992-10-22) (33 yaş)
Uşağı 3
Partnyoru
  • Ember Rouz[d] (2017–2018)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqiçi, söz yazıçısı[d]
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar trep
Albom şirkətləri RED Music[d], Epic Records
21savage.com
shop.21savage.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 Savage ilk studiya albomu "Issa Album"ı 2017-ci ildə buraxıb. Albom "Billboard 200" hit-paradında ikinci pillədə qərarlaşıb. Albomun əsas mahnısı "Bank Account" "Billboard Hot 100"də on ikinci yerə çatıb.

Mündəricat

Erkən illəri

Şaya Bin Eybraham-Cozef 1992-ci il oktyabrın 22-də Londonda yerləşən Nyuham Universitet Xəstəxanasında anadan olub. Valideynləri Hizer Karmillia Cozef və Kevin Kornelius Emmons britaniyalıdır. Nəsil şəcərəsində Karib hövzəsi ölkələri üstünlük təşkil edir: ana xətti Dominikaya, ata xətti Sent-Vinsent və Qrenadin adalarına gedib çıxır. Babasının Haiti mənşəli olduğu məlumdur. Müsahibələrində özünü afroamerikalı kimi təqdim edir. Atası və əkiz bacıları - rəqs xoreoqrafları Kayra və Cayda Devis hazırda Londonda yaşayır. Atası Vestminster Şəhər Şurasında çalışır.

Erkən yaşlarında valideynləri ayrılıb. Yeddi yaşında anası ilə Atlantaya (Corciya ştatı) köçüb. 2005-ci ilin iyununda, 12 yaşında dayısı/əmisinin dəfni üçün Birləşmiş Krallığa gedib. Bir ay qalandan sonra H-4 vizası ilə iyulun 22-də Atlantaya qayıdıb. Viza müddəti növbəti il başa çatıb. Qardaşı Kvantivayus ("Tay-Man") narkotik alveri zamanı baş verən atışmada ölüb.

İbtidai təhsil illərində Eybraham-Cozefə silah saxladığına görə həbs əvəzinə sınaq müddəti təyin olunub. Səkkizinci sinifdə sınaq müddətinin şərtlərini pozduğundan məktəbdən uzaqlaşdırılıb. Atlanta ətrafındakı müxtəlif məktəblərdə təhsilini davam etdirməyə çalışıb, lakin yeniyetmələrin islah müəssisəsinə göndərilib. İslah müəssisəsindən sonra alternativ təhsil proqramı ilə səkkizinci sinfi bitirib. Orta məktəbin birinci yarımilində tez-tez dərs buraxdığı üçün təhsilini yarımçıq qoyub.

Təhsildən uzaqlaşdıqdan sonra yerli cinayətkar qruplaşmaya qoşulub, narkotik vasitələrin, əsasən marixuananın satışı ilə məşğul olub. Avtomobil oğurluğu və qarət hadisələrində iştirak edib. Bir dəfə avtomobilində qanunsuz əşyalar aşkarlandığı üçün saxlanılıb. 2011-ci ildə yaxın dostu Larri atışmada öldürülüb. 2013-cü ildə soyğunçuluq cəhdi zamanı rəqib qruplaşma tərəfindən altı güllə yarası alıb, dostu Conni həlak olub.

Diskoqrafiya

Studiya albomları

  • Issa Album (2017)
  • I Am > I Was (2018)
  • American Dream (2024)

Kollaborativ albomlar

  • Without Warning (Offset və Metro Boomin ilə) (2017)
  • Savage Mode II (Metro Boomin ilə) (2020)
  • Her Loss (Dreyk ilə) (2022)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 21 Savage haqqında məlumat. 21 Savage nədir? 21 Savage nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məhəmmədsəid Ubaydulloyev

  • Fevral 27, 2026

    UTC−07:00

  • Fevral 27, 2026

    Pyer Ferma

  • Fevral 27, 2026

    Bayburd

  • Fevral 27, 2026

    Uğurlar, Çarli!

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst