Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

10 avqust 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb.

Nazim Veysov

  • Ana Səhifə
  • Vikipediya
  • Nazim Veysov

Nazim Veys oğlu Veysov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2005–2014-cü illər).

Nazim Veysov
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı
11 aprel 2005 – 8 oktyabr 2014
ƏvvəlkiAlimpaşa Məmmədov
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
24 mart 2003 – 11 aprel 2005
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1950(1950-08-10) (75 yaş)
Doğum yeri
  • Böyük Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

10 avqust 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb.

1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun(indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Mexanikləşdirmə fakültəsini bitirib.

1974-cü ilin noyabrından 1983-cü ilin avqustuna qədər Xanlar(indiki Göygöl) rayonunun heyvandarlıq sovxozunda baş mühəndis, 1983-cü ilin oktyabr ayından 1986-cı ilin avqust ayına qədər isə Xanlar(Göygöl) rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib.

Nazim Veysov 1979-cu ilin mart ayında Sov. İKP sıralarına daxil olub. 1987-ci ilin iyul ayından 1990-cı ilin fevral ayına qədər Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib. 1992-ci ilin mart ayından 1999-cu ilin aprelinədək Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib.

1993-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim Veysov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İki seçki Yeni Azərbaycan Partiyası Xanlar rayon təşkilatının sədri seçilb (Sentyabr, 1999 – mart, 2003).

1999-cu ilin aprel ayından 1999-cu ilin oktyabr ayınadək Xanlar Rayon İcra Hakimiyyəti başçısının müavini, 1999-cu ilin oktyabrından 2003-cü ilin martınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

24 mart 2003-cü ildən 11 aprel 2005-ci il tarixinədək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, 11 aprel 2005-ci ildən 8 oktyabr 2014-cü il tarixinədək isə Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı vəzifəsindən azad edilib

Ailəlidir, üç övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazim Veysov haqqında məlumat. Nazim Veysov nədir? Nazim Veysov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstilik enerjisi

  • Fevral 27, 2026

    Məsumiyyət muzeyi

  • Fevral 23, 2026

    Zoran Milanoviç

  • Fevral 27, 2026

    Aqaba körfəzi

  • Fevral 27, 2026

    Yəzd

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst