Astara — Azərbaycan Respublikasının Astara rayonunda nəşr olunan aylıq region qəzeti.
| Astara | |
|---|---|
| Baş redaktor | Əlvan İbayev |
| Yaranma tarixi | 1932 |
| Dil | talış dili, Azərbaycan dili |
| Ünvan | Astara rayonu |
Qəzet 1932-ci ildən indiyədək müxtəlif adlarda – Sovet dövründə "Ostoro kolxozçi", "Kolxoz tribunası", "Sovet Astarası" adları ilə çıxmış, hazırda "Astara" adı ilə nəşr olunur.
Tarixi
Astarada ilk qəzet 1932-ci ildə nəşr edilmişdir. Rayonun ictimai-siyasi həyatını əks etdirən qəzetin adı talış dilində "Ostoro kolxozçi" ("Astara kolxozçusu") olub. "Ostoro kolxozçi" qəzeti 1938-ci ilə qədər Azərbaycan və talış dillərində çap olunmuşdur. 1938-ci ildən isə təkcə Azərbaycan dilində nəşr olunur.
"Ostoro kolxozçi" qəzeti sonralar "Kolxoz tribunası", "Sovet Astarası" adlanmışdır. Qəzet 1990-cı ildən "Astara" adlanır. 1990–1993-cü illərdə "Astara" qəzetində talış dilində də səhifə olub.
Qəzetin 80 illik yubileyi ilə əlaqədar 17 iyul 2012-ci ildə tədbir keçirilib.
13 iyul 2018-ci ildə "Astara" qəzetinin 85 illik yubileyi qeyd edilib.
Həmçinin bax
- Lənkəran (qəzet)
- Qusar (qəzet)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astara (qəzet) haqqında məlumat. Astara (qəzet) nədir? Astara (qəzet) nə deməkdir?