Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldc

OCLC

  • Ana Səhifə
  • Vikipediya
  • OCLC

OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldcat- dünya kataloq sistemi fəaliyyət göstərir. 6 iyul 1967-ci ildə mənfəət götürməyən Ohayo kollecinin Kitabxana Mərkəzi olaraq qurulmuşdur. 170 ölkədə və ərazidə 72.000-dən çox kitabxana, kitabxana materiallarını axtarmaq, əldə etmək, kataloqlaşdırmaq, borc almaq və qorumaq üçün OCLC xidmətlərindən istifadə edir. Təşkilat Fred Kilqur tərəfindən təsis edilmiş və mərkəzi Dublin, Ohayo, ABŞ-də yerləşir.

OCLC
Online Computer Library Center, Inc.
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi 501(c)(3) təşkilatı[d]
Sənaye informasiya texnologiyaları, Kitabxana menecmenti
Təsis tarixi təq. 5 iyul 1967[…]
Baş qərargahın yeri
  • Dublin[d]
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 468.922.717 $ (2023)
Ümumi gəliri
  • 248.040.496 $ (2023)
Rəhbərlik
Təsisçi
  • Fred Kilqur
oclc.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xidmətləri

OCLC biblioqrafik, annotasiya və tam mətnli məlumat əldə etmək imkanı verir.

OCLC və üzv kitabxanalar birlikdə dünyanın ən böyük onlayn ictimai giriş kataloqu (OPAC) olan WorldCat — OCLC Onlayn Birlik Kataloqunu yaradır və qoruyurlar. WorldCat dünyanın hər yerindəki dövlət və özəl kitabxanalardan qeydlər aparır. Open WorldCat proqramı kitabxanalara aid materialları İnternet axtarış motorları, biblioqrafik və kitab satış saytları vasitəsilə əldə edilə bilən WorldCat OCLC verilənlər bazasına yazır. 2005-ci ilin oktyabrında OCLC-nin texniki heyəti, oxuculara hər hansı bir WorldCat girişi ilə əlaqəli şərhlər və strukturlaşdırılmış məlumat sahələri əlavə etməyə imkan verən bir wiki layihəsi başlatdı.

OCLC, mərkəzi ABŞ, Pensilvaniya ştatının, Betlehem şəhərində yerləşən OCLC Qoruma Xidmət Mərkəzi adlanan mikrofilm qoruma və rəqəmsallaşdırma mərkəzi fəaliyyət göstərirdi. Mərkəz 2009-cu ildə Backstage Library Works-ə satılmışdır.

Onlayn məlumat bazası

OCLC kitabxanaçıları və ictimaiyyət tərəfindən istifadə olunan bir kataloqlaşdırma və axtarış verilənlər bazasına malikdir. Mövcud kompüter proqramı Connexion, 2001-ci ildə xidmətə girdi və geliştiricisi OCLC Passport, 2005-ci ilin mayında dayandırıldı.

Verilənlər bazasında, OCLC-dən bir kataloqlaşdırma vasitəsi kimi istifadə edən dünyanın hər yerindəki kitabxana kataloquların istifadə etdiyi MAchine Readable Cataloging (MARC, MAchine Readable Cataloging) formatında qeydlər var. MARC formatında yaradılan qeydlər daha sonra yerli kitabxana kataloqu sistemlərinə yüklənir. Bu, kitabxanalara material məlumatlarını tapmaq və yükləmək və hər bir materialı ayrı-ayrılıqda kataloqlaşdırmaq üçün uzun müddət olmadan yerli kataloqu əlavə etmək imkanı verir.

Həmçinin bax

  • VIAF

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, OCLC haqqında məlumat. OCLC nədir? OCLC nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Linux

  • Fevral 23, 2026

    29 oktyabr

  • Fevral 23, 2026

    Mancur dili

  • Fevral 10, 2026

    Ukrain dili

  • Fevral 23, 2026

    Mehriban Əliyeva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst