Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

V. Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər dövlətini haki

Bəylərbəyi

  • Ana Səhifə
  • Vikipediya
  • Bəylərbəyi

Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən qubernator.

Mündəricat

Etimologiya

Fars dilinə keçmiş azərbaycanizmdir.

Tarixi

V. Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər dövlətini hakimlər idarə etmişlər, halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi.

Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər. Bu inzibati ərazilərə yerinə görə kədxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə Ustaclılar və Qacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı.

Həmçinin bax

  • Səfəvilər
  • Səfəvilər dövründə inzibati-ərazi vahidləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəylərbəyi haqqında məlumat. Bəylərbəyi nədir? Bəylərbəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Viki texnologiyası

  • Fevral 23, 2026

    Kontinental ABŞ

  • Fevral 23, 2026

    Təkbir

  • Fevral 24, 2026

    Qlazqo

  • Fevral 24, 2026

    Kordova (İspaniya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst