Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nükət-səza Qadınəfəndi (2 yanvar 1827, Abxaziya[d] – 15 may 1850, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu xanımı.

Nükət-səza Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Nükət-səza Qadınəfəndi

Nükət-səza Qadınəfəndi (2 yanvar 1827, Abxaziya[d] – 15 may 1850, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu xanımı.

Nükət-səza Qadınəfəndi
osman. نکهت سزا خانم
Şəxsi məlumatlar
Doğum adı خديجه باراس
Doğum tarixi 2 yanvar 1827(1827-01-02)
Doğum yeri
  • Abxaziya[d]
Vəfat tarixi 15 may 1850(1850-05-15) (23 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
Fəaliyyəti əsilzadə
Atası Yatuq bəy Baras
Anası Fərxundə xanım
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşağı
  • Mehmed Burhanəddin Əfəndi

Həyatı

Nükət-səza xanım 1827-ci ildə Abxaziyada dünyaya gəlmişdir. Əsl adı Xədicə Baras idi. Atası abxaz əsilli Yatuq bəy Baras, anası isə gürcü əsilli Fərxundə xanım idi. 8 yaşında ailəsi tərəfindən İstanbula gətirilən Xədicə Osmanlı sarayına təslim edildi. Sarayda Validə Bəzmialəm Sultan tərəfindən himayəyə götürülən Xədicənin adı dəyişdirildi və Nükət-səza qoyuldu. Sarayda mükəmməl təhsil alan Nükət-səza piano və ud çalmağı da öyrəndi.

Nükət-səza xanım Topqapı sarayında təhsilini bitirdikdən sonra 21 oktyabr 1841-ci ildə 14 yaşında Sultan Əbdülməcidlə evləndirildi və padşahın baş iqbalı oldu. Bu nigahdan ard-arda 3 övladı dünyaya gəldi: Şahzadə Əhməd Əfəndi, Fatma Nazimə Sultan və Şahzadə Mehmed Burhanəddin Əfəndi. Ancaq övladlarının ikisi körpə ikən vəfat etmiş, yalnız Mehmed Burhanəddin Əfəndi həyatda qala bilmişdi. Osmanlı sülaləsinin 44-cü rəisi Osman Bəyazid Əfəndinin böyük nənəsidir.

Nükət-səza xanım yayılan vərəm epidemiyasına tutulmuş, 1850-ci ildə vəfat etmişdir. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Bacısı Şəklibar xanım daha sonra saray xidmətinə alınmış və 1911-ci ildə İstanbulda vəfat etmişdir.

Övladları

  • Əhməd Əfəndi (d. 5 iyun 1846 - ö. 6 iyun 1846)
  • Fatma Nazimə Sultan (d. 26 noyabr 1847 - ö. 1 dekabr 1847)
  • Mehmed Burhanəddin Əfəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nükət-səza Qadınəfəndi haqqında məlumat. Nükət-səza Qadınəfəndi nədir? Nükət-səza Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şiələr

  • Fevral 27, 2026

    Silistra

  • Fevral 28, 2026

    Zangibar

  • Fevral 23, 2026

    Papirus

  • Fevral 27, 2026

    Yeniqanadlılar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst