Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam dinində İsa, İslamda İsa və ya İsa ibn Məryəm (ərəb. عيسى ابن مريم‎; H.t: Məryəm oğlu İsa) — İsrailoğullarına göndərilən son peyğəmbər və eyni zamanda da

İslamda İsa

  • Ana Səhifə
  • Vikipediya
  • İslamda İsa

İslam dinində İsa, İslamda İsa və ya İsa ibn Məryəm (ərəb. عيسى ابن مريم‎; H.t: Məryəm oğlu İsa) — İsrailoğullarına göndərilən son peyğəmbər və eyni zamanda da Məsihdir. İsrailoğullarına Tövratın qanunlarını ləğv etmədən, İncili təbliğ etməyə başlamışdır. İsa, heç evlənməmiş və uşağı olmadan yaşamış və bu halı ilə göyə yüksəldilmişdir. Quranda 93-cü ayədə "Məryəmin oğlu", "Allahdan bir ruh" ya da "Allahın Kəlamı" ünvanları ilə və ya özünəməxsus adı ilə ümumilikdə 180 dəfə xatırlanmışdır. Quranda İsanın vəziyyəti Adəm peyğəmbərin vəziyyəti ilə müqayisə edilərək atasız yaradıldığı vurğulanmışdır. İsanın Allahın izni ilə müxtəlif möcüzələr göstərdiyi qəbul edilir.

İsa
ərəb. عيسى ابن مريم‎
İslam xəttatlığında İsanın adı.
İslam xəttatlığında İsanın adı.
Digər adı İsa ibn Məryəm
Ləqəbi Ruhullah
Doğum tarixi ən tezi e.ə. 6 və ən geci e.ə. 4
Doğum yeri Beytləhm, İudeya, Roma imperiyası
Yoxa çıxıb
  • 7 aprel 30 və ya 3 aprel 33
  • Qüds, İudeya, Roma imperiyası
Vətəndaşlığı Nazaret, Qalileya
Anası Məryəm
Milliyyəti Yəhudi
Dini İslam
Fəaliyyəti vaiz, peyğəmbər, dülgər, missioner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dünyaya gəlməsi

Məryəm oğlu İsa Davudun nəslindəndir və anası Məryəmdir. Anası Məryəm Hənnə (Məryəmin anası) tərəfindən Əl-Əqsaya (Süleyman məbədinə) ithaf edilmişdir. Onun qaynı Zəkəriyyəyə Məryəmə baxmaq həvalə edilmişdi. Məryəm Zəkəriyyənin himayəsində böyümüşdür. Bir gün Allahın mələyi Cəbrayıl Məryəmin yanına gəlir. Cəbrayıl Məryəmə insan surətində görünür. Cəbrayıl ona heç kimsənin toxunmadığı bir halda İsanın atasız dünyaya gələcəyi müjdəsini vermişdir. Məryəmin hamilə olduğu məlum olduqdan sonra o qövmündən ayrılaraq uzaq bir yerə çəkilmişdir. Məryəm getdiyi bu yerdə uşağını dünyaya gətirmişdir. Bir hədisdə şeytanın doğulan hər uşağa toxunaraq onu ağlatdığı, yalnız Məryəm və oğlu İsanın bu haldan istisna olduğu bildirilmişdir.

Möcüzələri

Məryəm körpə İsa ilə öz xalqının yanına qayıtdığı zaman, bəziləri Məryəmi qınayır və onu zina yolu ilə uşaq sahibi olmasına görə məzəmmət edirlər. Məryəm körpəyə işarə edərək onunla danışmalı olduqlarına bildirir. Bundan sonra qundaqda olan İsa danışır və bu cümlələri söyləyir: "Həqiqətən, mən Allahın quluyam. Mənə kitab verdi və məni peyğəmbər seçdi. Harada olsam, məni insanlara faydalı qərar verdi. O, mənə həyatım boyu dua etməyi, namaz qılmağı və sədəqə verməyi əmr etdi. Mənə anama itaət etməyi əmr etdi. O, məni heç vaxt zorakı və ya üsyançı etmədi. Doğulduğum gün, öldüyüm gün və yenidən dirildiləcəyim gün Allah mənə salam və bərəkət bəxş etmişdir". Təbəri İsanın hələ körpə ikən peyğəmbər olduğunu və ona kitab verilməsi haqqında iki ehtimal irəli sürmüşdür. Birinci ehtimala görə, İsa hələ körpə ikən ona peyğəmbərlik bəxş edilmiş və ona İncil verilmişdir. İkinci ehtimala görə isə, o, bunların baş verəcəyinə qəti şəkildə inanırdı və ona görə də bu xoş xəbərlərin hələ reallaşmasa da, reallaşacağını bildirirdi.

İsanın möcüzələrindən bəzilərinə gildən quşlar düzəldərək onları canlandırması, korları sağaltması, ölüləri diriltməsi, xəstələri sağaltması, insanların nə etdiyini və nəyi gizlətdiklərini bilməsi daxildir.

İsa oyun oynadığı yoldaşlarının gil quş oyuncaqlarını canlandırır.

Məhəmmədin gələcəyini bildirməsi

Səff surəsində İsanın İslam peyğəmbəri Məhəmmədi Əhməd adı ilə qabağcadan xəbər verdiyi yazılmışdır. Bəzi hədislərdə də İsanın özündən sonra gələcək Məhəmməd haqqında xoş xəbərlər verdiyi bildirilmişdir. Övliya Çələbi Səyahətnaməsində İslam dininə görə Məryəmin oğlu İsanın həvarilərindən biri hesab olunan Şəmun-u Səfanın (Xristianlıqdakı Müqəddəs Pyotr) Nakura yaxınlığındakı məzarında tapdığını bildirdiyi İncil nüsxəsini dəfələrlə oxuduğunu və tədqiq etdiyini iddia etmiş və həmin nüsxədə İsaya enmiş və Məhəmmədi müjdələyən ayənin mövcud olduğunu bildirmişdir. Övliya Çələbinin şəxsən Şəmun-u Səfanın özü tərəfindən yazdığını iddia etdiyi bu əlyazma İncil tapılmamışdır.

Çarmıx hadisəsi

İsa çarmıxda və ya başqa bir surətdə öldürülməmişdir. Öldürdükləri şəxs onlara İsa kimi görünmüşdür. Ona görə də öldürdükləri şəxsin İsa olduğunu düşünüb "Məryəmin oğlu İsa Məsihi öldürdük" deyə düşünmüşdürlər. Təbərinin söylədiyi başqa bir rəvayətdə həvarilərdən biri İsaya xəyanət etməmişdir. Vəhb ibn Münəbbihin nəql etdiyi bu rəvayətə görə, yəhudilər İsanı öldürmək qərarına gəldikləri zaman, onun olduğu evi mühasirəyə alırlar. Evdə İsa və onun on iki həvarisi var idi. İçəri girəndə evdəki hər kəsi İsa kimi gördülər. Bunu görüb belə dedilər: "Bizi caduladınız. Ya İsanı bizə təhvil verin, ya da hamınızı öldürəcəyik". Daha sonra bayıra çıxıb gözləməyə başladılar. İsa həvarilərinə deyir: "İçinizdən kim Cənnət qarşılığında canını satar?" Həvarilərdən biri "Mən sataram" deyir. Sonra bayıra çıxıb evi mühasirəyə alanların yanına gedərək onlara belə deyir: "Mən İsayam". Beləliklə, bu sözdən sonra onu edam edirlər və İsanı öldürdüklərini düşünürlər. Ravilər arasında Katadə, Süddi, İnbni Cüreyc və Mücahid də oxşar rəvayətlər nəql etmişdirlər. Bu rəvayətlərdə İsanın həvarilərindən biri ona xəyanət etmir, əksinə, onun üçün özünü qurban verir və ona oxşadığı üçün şəhid olur. Bu həvarinin adı Sərcisdir. Evdəkilərin sayı ilə əlaqədar olaraq da müxtəlif rəvayətlər mövcuddur. Buna görə, onların sayı on yeddi, on doqquz, on üç və ya on dörd idi.

İslamın Əhmədiyyə məzhəbinə görə, çarmıxdan xilas olmuş İsa Kəşmirə getmiş və orada Yuz Asəf adı ilə yaşamış və orada da ölmüşdür. Lakin ümumi İslam məzhəblərinin və Əhli-Sünnənin rəyi bu istiqamətdə deyildir.

İsanın təbiəti

Məsihliyi

Məryəm oğlu İsanın təsvir edildiyi şəkli

İsanın titulu kimi qeyd olunan Məsih sözü Quranda dəfələrlə işlədilmişdir. Təbəri təfsirinə əsasən, “məsih” sözü “bir şeyi silmək” mənasında olan “silmək” felinin sifət halı olan “silinmiş olan” mənasındadır. İsa üçün işlədildikdə “günahları silinmiş və pak olan” mənasındadır.

Bəzi İslam alimləri Məsih anlayışını Xristianlıqdakı mənasına oxşar bir formada şərh edirlər:

Allah İsa peyğəmbəri Yəhudilərdən hifz etmiş və onların onu öldürmələrinə izn verməmişdir. Onu öz hüzuruna qaldırmışdır. Ancaq bunun necə və nə vaxt baş verdiyinə dair fərqli izahatlar və anlayışlar mövcuddur. Əksəriyyətin qəbul etdiyi fikrə əsasən, Allah öz qüdrəti ilə onu mənəvi səmalardakı xüsusi bir məqama ucaltmış, eyni zamanda da qiyamət gününə qədər onu yenidən dünyaya geri qaytaracaq və sonra bütün kitab əhli onun peyğəmbər olduğuna inanacaq və xurafatlardan azad olacaqdır. İsa dünyada qaldığı müddət ərzində cəmiyyəti Quranla idarə edəcək və xaç və donuzla əlaqədar olan xurafatçı fikirlərə son qoyacaqdır. Başqa bir anlayışa görə isə, Allah onu yəhudilərdən hifz etmiş, ölüm vaxtı gələndə onu öldürmüş və ruhunu göydəki məqamına yüksəltmişdir. Qiyamətdən əvvəl gələcək olan da onun ruhudur. Kitab əhli olanlar, ölümlərindən əvvəl həqiqəti öyrənib buna inanacaqlar, ancaq bunun onlara heç bir faydası olmayacaqdır. Bu anlayış Ali-İmran surəsinin 54-56-cı ayələrində öz əksini tapmışdır.

Allah olmaması

Quran qəti bir formada Allahdan başqa Allahın olmadığını və Allahın uşağının olmadığını bildirir. İsa, Allahın özü də deyildir. həmçinin də, hər hansısa bir müqəddəs üçlüyün bir hissəsi deyildir. İsa hər hansısa bir formada özünün və anasının Allah olduğunu öyrətməmişdir.

Həmçinin bax

  • İsa Xristianlıqda
  • Yəhudilikdə İsa

Əlavə ədəbiyyat

  • Rippin, A. Yahya b. Zakariya // P. J. Bearman; Th. Bianquis; C. E. Bosworth; E. van Donzel; W. P. Heinrichs (redaktorlar ). Encyclopaedia of Islam. Brill Academic Publishers. ISSN 1573-3912.
  • Saritoprak, Zeki. Islam's Jesus. Gainesville: University Press of Florida. 2014. ISBN 9780813049403. 14 may 2014 tarixində . İstifadə tarixi: 13 may 2014.
  • Slade, Darren M. (PDF). American Theological Inquiry. 7 (1). yanvar 2014: 43–53. 2 fevral 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  • Wherry, E. M.; Sale, G. A Comprehensive Commentary on the Qurán: Comprising Sale's Translation and Preliminary Discourse (vol. II). Routledge. 2000. ISBN 978-0-415-23188-6.
  • Ghil'ad Zuckermann. "'folk etymology Othering' and the Power of 'Lexical Engineering' in Judaism, Islam and Christianity. A Socio-Philo(sopho)logical Perspective", Explorations in the Sociology of Language and Religion, edited by Tope Omoniyi and Joshua A. Fishman, Amsterdam: John Benjamins, pp. 237–258. ISBN 90-272-2710-1
  • Abdullah, Arif Kemil. The Qur'an and Normative Religious Pluralism: A Thematic Study of the Qur'an. IIIT. 2014. ISBN 9781565646575.
  • Adang, Camilla. Muslim Writers on Judaism and the Hebrew Bible: From Ibn Rabban to Ibn Hazm. Brill. 1996. ISBN 978-90-04-10034-3.
  • Ayoub, Mahmoud M. "Towards an Islamic Christology II: The Death of Jesus, Reality or Delusion (A Study of the Death of Jesus in Tafsir Literature)". The Muslim World. 70 (2). aprel 1980: 91–121. doi:10.1111/j.1478-1913.1980.tb03405.x.
  • Ayoub, Mahmoud M. The Qur'an and Its Interpreters, Volume II: The House of 'Imran. SUNY Press. 1992. ISBN 978-0-7914-0994-7.
  • Barker, Gregory A.; Gregg, Stephen E. Jesus Beyond Christianity: The Classic Texts. Oxford: Oxford University Press. 2010.
  • Cook, Michael. Muhammad. Oxford University Press. 1983. ISBN 0192876058.
  • Esposito, J. L. What Everyone Needs to Know About Islam. Oxford University Press. 2002. ISBN 978-0-19-515713-0.
  • Esposito, J. L. The Oxford Dictionary of Islam. Oxford University Press. 2003. ISBN 978-0-19-512558-0.
  • Evans, Craig A.; Johnston, Jeremiah J. Jesus and the Jihadis: Confronting the Rage of ISIS: The Theology Driving the Ideology. Destiny Image Publishers. 20 oktyabr 2015. ISBN 978-0-76-840900-0.
  • Fasching, D. J.; deChant, D. Comparative Religious Ethics: A Narrative Approach. Blackwell Publishing. 2001. ISBN 978-0-631-20125-0.
  • Glassé, Cyril. The New Encyclopedia of Islam, with introduction by Huston Smith (révisée). Walnut Creek, CA: AltaMira Press. 2001. ISBN 9780759101906.
  • Kearns, Cleo McNelly. The Virgin Mary, Monotheism and Sacrifice, New York. Cambridge University Press. 2008. ISBN 978-1-139-47223-4.
  • Khalidi, Tarif. The Muslim Jesus: Sayings and Stories in Islamic Literature. Cambridge, MA & London: Harvard University Press. 2001. ISBN 978-0-674-00477-1. Google books site
  • Lawson, Todd. The Crucifixion and the Qur'an: A Study in the History of Muslim Thought. Oxford: Oneworld Publications. 2009. ISBN 978-1851686360. İstifadə tarixi: 28 iyul 2012.
  • Leirvik, Oddbjørn. Images of Jesus Christ in Islam (2nd). Bloomsbury Publishing. 2010. ISBN 978-1-4411-8662-1.
  • Mannheim, Ivan. Syria & Lebanon Handbook: The Travel Guide. Footprint Travel Guides. 2001. ISBN 1-900949-90-3.
  • Markham, I. S.; Ruparell, T. Encountering Religion: An Introduction to the Religions of the World. Blackwell Publishing. 2001. ISBN 978-0-631-20674-3.
  • McDowell, Josh; Walker, Jim. Understanding Islam and Christianity: Beliefs That Separate Us and How to Talk About Them. Euguen, Oregon: Harvest House Publishers. 2013. ISBN 9780736949910.
  • Parrinder, Geoffrey. Jesus in the Qur'an. London: Oxford Oneworld Publications. 1965. ISBN 978-1-85168-999-6.
  • Peters, Francis E. Judaism, Christianity, and Islam: The Classical Texts and Their Interpretation, Volume 3. Princeton University Press. 1990. ISBN 9780691020556.
  • Parrinder, Geoffrey. Jesus in the Qur'an. Oneworld Publications. 2013. ISBN 978-0-41573-463-9.
  • Qaim, Mahdi Muntazir. Jesus Through the Qur'an and Shi'ite Narrations. Queens, New York: Tahrike Tarsile Qur'an Inc. 2007. ISBN 978-1879402140.
  • Reynolds, Gabriel Said. "On the Qur'anic Accusation of Scriptural Falsification (tahrîf) and Christian Anti-Jewish Polemic" (PDF). Journal of the American Oriental Society. 130 (2). 2010: 189–202. 22 fevral 2016 tarixində (PDF). İstifadə tarixi: 3 mart 2018.
  • Ridgeon, Lloyd. Islamic Interpretations of Christianity. Routledge. 2013. ISBN 9781136840135.
  • Cook, David. Studies in Muslim Apocalyptic. University of Michigan: Darwin Press. 2002. ISBN 9780878501427.
  • Robinson, Neal. Christ in Islam and Christianity. New York: SUNY Press. 1991. ISBN 978-0-791-40559-8.
  • Schumann, Olaf H. Jesus the Messiah in Muslim Thought. ISPCK/HIM. 2002. ISBN 978-8172145224.
  • Sonn, Tamarra. A Brief History of Islam. Blackwell Publishing. 2004. ISBN 978-1-4051-2174-3.
  • Tieszen, Charles. Theological Issues in Christian-Muslim Dialogue. Wipf and Stock Publishers. 2018. ISBN 9781532610585.
  • Waardenburg, Jackques. Muslim Perceptions of Other Religions: A Historical Survey. Oxford University Press. 1999. ISBN 978-0-19-535576-5.
  • Watt, W. Montgomery. Muslim-Christian Encounters: Perceptions and Misperceptions. Routledge. 1991. ISBN 978-0-415-05410-2.
  • Watt, W. Montgomery. Muslim-Christian Encounters: Perceptions and Misperceptions. Routledge Revivals. Routledge. 19 dekabr 2013. ISBN 978-1-317-82043-7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslamda İsa haqqında məlumat. İslamda İsa nədir? İslamda İsa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Məsafə

  • Fevral 24, 2026

    Dominat

  • Fevral 23, 2026

    Ərimə temperaturu

  • Fevral 20, 2026

    Yunan dili

  • Fevral 24, 2026

    Adobe Flash

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst