Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş

Kordova (İspaniya)

  • Ana Səhifə
  • Vikipediya
  • Kordova (İspaniya)

Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtubə — İspaniyanın Əndəlüs vilayətində şəhər.

Şəhər
Kordova
Córdoba
Bayraq Gerb
Bayraq Gerb
37°53′24″ şm. e. 4°46′48″ q. u.HGYO
Ölkə
  •  İspaniya
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.253 km²
Mərkəzin hündürlüyü 120 ± 1 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 323.262 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +34 957
Poçt indeksi 14000–14999
Nəqliyyat kodu CO
Digər
cordoba.es
Xəritəni göstər/gizlə
Kordova xəritədə
Kordova
Kordova
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır.

İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məscid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məscid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib.

Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib.

İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır. Əmirliyin hakimi II Əbd-əl-Rəhman məscidin, onun həyətinin genişləndirilməsi və məscid minarəsinin tikilməsi haqda göstəriş verib. Kordova əmirliyinin süqutundan sonra abidəyə sintez edilən kilsə minarəyə birləşdirilib.

Üçüncü mərhələ əmir II Əl-Həkəmin dövrünə təsadüf edir. Həmin dövrdə öz möhtəşəmliyi və əsrarəngizliyi ilə seçilən məscidin mehrabını Bizansdan gətirilmiş sənətkarlar mozaika ilə bəzəyiblər.

Dördüncü mərhələ əmir Əl-Mənsurun hakimiyyəti illəri ilə bağlıdır. Bu vaxt abidə tikilib qurtarıb və dövlətin güc rəmzinə çevrilib. O, nəinki dini, eyni zamanda ictimai-siyasi, mədəni mərkəz kimi fəaliyyət göstərir.

Hal-hazırda “Mesheti” təkcə İspaniyanın deyil, ümumən dünyanın bir çox ölkələrindən gəlmiş səyyah və turistlərin maraq dairəsindədir. Hər gün minlərlə insan “Mesheti”nin ziyarətinə gəlir.

Kordovada nəzər-diqqəti cəlb edən abidələrdən biri də şəhərdən 6 km aralıda yerləşən “Mədinə-əl-Zəhra” arxeoloji kompleksidir. Özünün 112 hektar ərazisi ilə İspaniyanın və ümumən Avropanın ən mühüm orta əsr arxeoloji abidələrindən olan bu kompleks özündə ərəb-islam mədəniyyətini əks etdirir. Abbasilərlə mübarizə aparan əməvilər sülaləsinin nümayəndəsi III Əbd -əl-Rəhman bu şəhərin əsasını qoymuşdur. X əsrdə Mədinə-əl-Zəhra Əl-Əndəlusun siyasi-inzibati paytaxtı olmuş, ərəblərin Pireney yarımadasındakı böyük mədəniyyətini əks etdirmişdir. Hal-hazırda İspaniya dövləti bu tarixi kompleksdə arxeoloji qazıntı işləri ilə bərabər, bərpa işləri də aparır. Qeyd etmək lazımdır ki, bu maddi-tarixi abidə İkinci Dünya müharibəsi illərində tamamilə dağılmış, xarabalığa çevrilmişdi. İspaniya dövlətinin öz tarixinin bütün səhifələrinə hörmət və ehtiramla yanaşması digər dövlətlərə bir örnəkdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kordova (İspaniya) haqqında məlumat. Kordova (İspaniya) nədir? Kordova (İspaniya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Krakov

  • Fevral 24, 2026

    Peloponnes

  • Fevral 10, 2026

    Yuqoslaviya

  • Fevral 24, 2026

    Əl-Xəlil

  • Fevral 23, 2026

    Qanun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst