Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amazonlar (yun. Ἀμαζόνες, "Amazones") — yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qad

Amazonkalar

  • Ana Səhifə
  • Vikipediya
  • Amazonkalar

Amazonlar (yun. Ἀμαζόνες, "Amazones") — yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi. Amazon" adı, guya, kamandan ox atmağın asan olması üçün qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanları öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin fikrincə, amazonlar haqqındakı əfsanələrdə və onların Olimpiya qəhrəmanları (Herakl və b.) ilə mübarizələrində matriarxat dövrü əks olunmuşdur. Roma tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi. Məhz bu qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda döyüşkən amazon tayfalarının yaşaması və albanların Romaya qarşı savaşında onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olmuşdur.

Yunanların amazonlarla vuruşması
Herakl və amazonlar

Herodot Amazonların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazır:" Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonlar və Albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalar ilə Amazonlar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, Amazonlar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayırlar. Amazonlar bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonlar at belində ovla və hərbi təlimlə məşğul olurlar. Onların sağ döşlərini uşaq vaxtı yandırırlar ki, hər iş görəndə xüsusilə nizə atanda rahat olsun. Onlar həmçinin ox, yay, yüngül qalxan və balta da işlədirlər. Onlar vəhşi heyvan dərisindən bürünəcək, dəbilqə və kəmər hazırlayırlar. Yazdakı iki xüsusi ayda onları Qarqarlardan ayıran qonşu dağa qalxırlar. Çox qədim bir mərasimə görə Qarqarlar da həmin dağa qalxırlar ki, qadınlarla birgə qurban verib, uşaq doğmaları üçün onlarla yaşasınlar; kim kimlə düşdü, onlar xəlvət, qaranlıqda görüşürlər qadınları hamilə edərək Qarqarlar onları evlərinə buraxırlar. Qadın cinsindən olan bütün uşaqları Amazonlar özlərində saxlayırlar, kişi cinsindən olanları isə Qarqarlara verirlər. Hər bir Qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməlidir".

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amazonkalar haqqında məlumat. Amazonkalar nədir? Amazonkalar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Yarapolk

  • Fevral 17, 2026

    Sinonim

  • Fevral 27, 2026

    Ramiz Məlik-Aslanov

  • Fevral 27, 2026

    Vüqar Vəliyev

  • Fevral 27, 2026

    Albanca Vikipediya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst