Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda

Kolit

  • Ana Səhifə
  • Vikipediya
  • Kolit

Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır.

Şəkildən göründüyü kimi yaralı kolitdə iltihabi proses və yaralar bağırsağın aşağı hissəsindən,düz bağırsaqdan başlayır və yuxarıya doğru yayılır.

Xəstəliyin əlamətləri

  • Qanlı ishal
  • selikli-çirkli-qanlı nəcis ifrazı
  • defekasiyanın ağrılı olması
  • qarında sancılar
  • çəki azlığı və temperatur

Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.

Müalicəsi

Yaralı kolit xəstəliyinin müalicəsi uzun müddətli aparılmalıdır. Müalicədəki əsas məqsəd xəstəliyi kəskinləşmə dövründən sakitlik dövrünə keçirmək və bu dövrün müddətini uzatmaqdır. Müalicə zamanı xəstənin təyin olunmuş vaxtlarda kolonoskopiya müayinəsindən keçməsi mütləqdir. Belə xəstələr daimi həkim-Qastroenteroloqun nəzarətində olmalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kolit haqqında məlumat. Kolit nədir? Kolit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hərf

  • Fevral 26, 2026

    Tetrapoda

  • Fevral 27, 2026

    Ötüken

  • Fevral 27, 2026

    Nelson Mandela

  • Fevral 27, 2026

    Azərbaycan cazı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst