Mataiva (fr. Mataiva) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Polizer adaları qrupuna daxildir. Tikehaudan 18 km, Rangiroadan 80 km şimal-şərqdə yerləşir.
| Mataiva adası | |
|---|---|
| fr. Mataiva | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 16 km² |
| Əhalisi | 204 nəfər (2007-ci il) |
| Yerləşməsi | |
| 14°53′ c. e. 148°43′ q. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Mataiva adası | |

Coğrafiya
Ada dairəvi formaya malikdir. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 16 km²-dir. Uzunluğu 10 km, eni 5,3 km-dir. Daxilində laqun vardır. laqunun sahəsi 25 km²-dir. laqunun dərinliyi 10 metrə çatır. Çökəklərdə fosfat alıqları aşkarlanmışdır. Bəzi hissələrdən laqun okean suları ilə birləşir. İqlimi rütubətli və tropikdir. İllik orta temperatur 24-30 °C, illik yağıntının miqdarı 2500 mm-dir.
Tarixi
«Mataiva» Polineziya dilindən tərcümədə «doqquz göz» mənasını verir. Makatea ilk dəfə 1820-ci ildə rus səyyahı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı Lazarev atollu adlandırır.
İnzibati bölgüsü
İnzibati baxımından Ranqiroa kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 204 nəfər yaşayır. Pohua əsas yaşayış məntəqəsidir.
İqtisadiyyat
Tikehau və Rangiroa adasının sakinləri Mataiva atolunu ziyarət edirlər. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (vanil yetişdirir).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mataiva haqqında məlumat. Mataiva nədir? Mataiva nə deməkdir?
