Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tənzilə Yolçu qızı Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan ictimai fəalı və siyasətçisi;Azərbaycan Respublikası Milli Məclisinin VI

Tənzilə Rüstəmxanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Tənzilə Rüstəmxanlı

Tənzilə Yolçu qızı Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan ictimai fəalı və siyasətçisi;Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq) sədrinin müavini; Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin başqanı

Tənzilə Rüstəmxanlı
Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı
Vəzifədədir
2024-cü ildən
    Seçki dairəsi2024 —70 saylı Neftçala seçki dairəsi
    ƏvvəlkiSabir Rüstəmxanlı
    Şəxsi məlumatlar
    Doğum adı Tənzilə Yolçu qızı Rüstəmxanlı
    Doğum tarixi 28 noyabr 1960(1960-11-28) (65 yaş)
    Doğum yeri
    • Qaraçanta, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
    Partiya
    • Vətəndaş Həmrəyliyi Partiyası
    Təhsili
    • Azərbaycan Kooperasiya Universiteti (1987–1991),
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti siyasətçi
    Həyat yoldaşı
    • Sabir Rüstəmxanlı
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • filologiya üzrə fəlsəfə doktoru[d]

    Təltifləri "Şöhrət" ordeni — 20202020 "Tərəqqi" medalı — 20182018 "Diaspor fəaliyyətində xidmətə görə" medalı — 20202020
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Tənzilə Yolçu qızı Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Ermənistan SSR-in, Amasiya rayonunun, Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətilə əlaqədər Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir.

    1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışır. Hazırda “Azərittifaq”ın sədr müavinidir.

    1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.

    Ailəsi

    Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Oğlu Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel Məmmədova-Rüstəmxanlı ilə evli olub. Cəmil Rüstəmxanlı Azəryol VK-nın prezidenti olmuşdur. Qızı Aydan Rüstəmxanlı isə müğənni Elçin Cəfərov ilə evli olub.

    Bacısı Könül Rüstəmxanlı Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu ilə evli olub. O, 2015-ci ildə yol qəzasında vəfat etmişdir.

    İctimai fəaliyyəti

    Tənzilə Rüstəmxanlı 1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin sədri seçilmişdir. O, Dünya Azərbaycanlıların Konqresində sədr Sabir Rüstəmxanlının Türk Dünyası üzrə müşaviridir. Türkiyənin Asılsız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin İdarə Heyətinin üzvüdür. Bir müddət o, Azərittifaq sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır, indi isə müavindir.

    Siyasi faəliyyəti

    Tənzilə Rüstəmxanlı 2005-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsi üzrə deputatlığa namizəd, Milli Birlik Hərəkatı lideri və Azərbaycan Liberal Partiyasının sabiq sədri Lalə Şövkətin namizədliyini dəstəkləmiş və 30 iyulda keçirilən dəstək mitinqinə qatılmışdır. Mitinqdə Rüstəmxanlı: "Xalq öz siyasi liderini seçərkən öz taleyini, maddi təminatını, sağlamlığını xalqa qurban verən Lalə Şövkətə üstünlük verməlidir. Azərbaycanın öndə gedən siyasətçilərinə nümunə olan, milli birliyi özünə hədəf seçən Lalə Şövkətin qədir-qiyməti bilinməlidir." — deyə çıxış etmişdir.

    Hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlının müşaviridir.

    Tənzilə Rüstəmxanlı 2015-ci il parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, namizədliyi qeydə alınmamışdır.

    Tənzilə Rüstəmxanlı 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü olaraq 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Onun şüarı "Neftçala üçün birlikdə" olmuşdur.

    2024-cü il oktyabrın 8-də Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    Azərbaycan-İraq, Azərbaycan-İspaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qətər, Azərbaycan-Malayziya, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işçi quruplarının üzvüdür

    Tətifləri

    • Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfinin Türk dünyasına xidmətlərinə görə, fəxri fərman və mükafatlarına layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • Tənzilə Rüstəmxanlı "koorperasiya əlaçısı" nişanına layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • Tənzilə Rüstəmxanlı 2001-ci ildə Azərbaycanda keçirilən sorğu nəticəsinə görə "İlin Qadını" adına layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • 2002-ci ildə "ilin vətənpərvər"i diplomu.[mənbə göstərilməlidir]
    • 2003-cü ildə "Azərbaycanın tanınmış ziyalısı" və "Azərbaycanın tanınmış xanımları" beynalxalq layihəsinin qalibi.[mənbə göstərilməlidir]
    • 2004-cü ildə isə "XXI əsrin tanınmış ziyalısı" diplomları.[mənbə göstərilməlidir]
    • 22.12.2006. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, "Qız Qalası Milli Mükafatı ilə mükafatlandırılmışdır.[mənbə göstərilməlidir]
    • Türkçülüyün təbliğində xidmətlərinə görə 26.12.2006-cı ildə "Qızıl Buta" Müstəqil Milli Mükafata təltif görülmüşdür.[mənbə göstərilməlidir]
    • 17 may 2006. KANAL 7-nin "Zirvədəkilər" təltifinə layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • 15 sentyabr 2007-ci ildə Türkiyə Cumhuriyyətinin Kastamonu Bələdiyyə başqanlığı tərəfindən "Türk Dünyası Gənclərinin"əlaqələrinin genişlənməsindəki fəaliyyətinə görə, mükafata layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • 02.11.2007. Kərkük türkmənlərinin mükafatına layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • 27 mart 2008 Yalova Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi tərəfindən "Xocalı Soyqırımının təbliği ilə bağlı mübarizəyə" görə, xüsusi mükafatla təltif olunmuşdur.[mənbə göstərilməlidir]
    • 24 aprel 2010-cu il. Avrasya Qazeteciler Dərnəyi tərəfindən Xüsusi Mükafatla təltif görülmüşdür.[mənbə göstərilməlidir]
    • 5 mart 2011-ci il. Azəri-Türk Qadınlar Birliyi Dövlət Ailə Qadın və Uşaq siyasətinin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Diplomu ilə təltif olunmuşdur.[mənbə göstərilməlidir]
    • 2013-cü ildə Türk Egitim-Sen tərəfindən ATATÜRK və Türk milləri mövzusunda keçirilən tədbirin Xüsusi Mükafatına layiq görülmüşdür.[mənbə göstərilməlidir]
    • Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tənzilə Rüstəmxanlı haqqında məlumat. Tənzilə Rüstəmxanlı nədir? Tənzilə Rüstəmxanlı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Hermenevtika

    • Fevral 27, 2026

      Azərbaycan arxeologiyası

    • Fevral 27, 2026

      Məməli heyvan

    • Fevral 25, 2026

      XV əsr

    • Fevral 27, 2026

      Rövnəq Abdullayev

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst