Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri (1944–1948).

İslam Qədimov

  • Ana Səhifə
  • Vikipediya
  • İslam Qədimov

İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri (1944–1948).

İslam Qədimov
Azərbaycan SSR kommunal təsərrüfatı naziri
28 mart 1946 – 4 oktyabr 1948
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıAğalar Əliyev
Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı
sentyabr 1944 – 28 mart 1946
ƏvvəlkiNurulla Ağayev
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1973(1973) (65–66 yaşında)

Həyatı

İslam Şirin oğlu Qədimov 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Politexnik İnstitutuna qəbul olunmuş və 1930-cu ildə buranı tamamlamışdır. Həmin il Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının əsaslı tikinti trestinə rəis təyin edilmişdir. Sonra isə komissarlığın plan-iqtisad idarəsində rəis vəzifəs və 1941-ci ilədək bu idarədə çalışmışdır. Paralel olaraq Azərbaycan Sosial-İqtisad İnstitutunda təhsil almış və 1932-ci ildə buranı bitirmişdir.

İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanmışdır. 1944-cü ilədək İkinci Dünya müharibəsində iştirak etmişdir. Leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmiş və bir çox döyüş nişanları ilə təltif edilmiş və 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan tərxis olunmuşdur. Sonra isə Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı təyin edilmişdir. 1946-cı ildə bu komissarlıq nazirliklə əvəzlənmiş və o, 1948-ci ilədək Azərbaycan SSR kommunal təsərrüfatı naziri vəzifəsində çalışmışdır. Bu vəzifədə bir çox dövlət nişanları ilə təltif edilmişdir.

1948-ci ildən 1966-cı ilədək ölkənin bir çox şəhər və rayonlarının tikinti sahələrində rəhbər vəzifələrində işləmişdir. Bakı zərif mahudlar fabrikinin, Q. Musabəyov adına mexaniki zavodun, Şamaxı rəsədxanasının və onlarla respublika əhəmiyyətli tikintinin inşasına başçılıq etmişdir. 1966-cı ildən "Azkəndtikinti" trestinə rəis təyin edilmişdir. Ömrünün sonunadək burada çalışmışdır.

İslam Qədimov 1973-cü ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslam Qədimov haqqında məlumat. İslam Qədimov nədir? İslam Qədimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Optik lif

  • Fevral 27, 2026

    Kabel

  • Fevral 27, 2026

    Heybətqulu Məmmədbəyov

  • Fevral 27, 2026

    Xanımotu

  • Fevral 27, 2026

    Çuxur Səəd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst