Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yoşihide Suqa (yap. 菅 義偉; 6 dekabr 1948, Akinomiya[d], Akita prefekturası) — Yaponiya dövlət xadimi və siyasətçisi. 16 sentyabr 2020-ci il tarixindən Yaponiyanı

Yoşihide Suqa

  • Ana Səhifə
  • Vikipediya
  • Yoşihide Suqa

Yoşihide Suqa (yap. 菅 義偉; 6 dekabr 1948, Akinomiya[d], Akita prefekturası) — Yaponiya dövlət xadimi və siyasətçisi. 16 sentyabr 2020-ci il tarixindən Yaponiyanın baş naziridir. 14 sentyabr 2020-ci ildən bəri Yaponiya Liberal Demokrat Partiyasının sədri vəzifəsini yerinə yetirir.

Yoşihide Suqa
yap. 菅 義偉
Yaponiya Nümayəndələr Palatasının üzvü
Vəzifədədir
22 oktyabr 2017-ci ildən
    Yaponiyanın Baş naziri
    16 sentyabr 2020 – 4 oktyabr 2021
    ƏvvəlkiŞinzo Abe
    SonrakıFumio Kisida
    Yaponiya Liberal-Demokratlar Partiyasının sədri
    14 sentyabr 2020 – 29 sentyabr 2021
    ƏvvəlkiŞinzo Abe
    SonrakıFumio Kisida
    Yaponiya Nazirlər Kabinetinin katibi
    26 dekabr 2012 – 16 sentyabr 2020
    ƏvvəlkiOsamu Fucimura[d]
    SonrakıKatsunobu Kato
    Yaponiyanın daxili işlər və kommunikasiya naziri
    26 sentyabr 2006 – 27 avqust 2007
    ƏvvəlkiHeidzo Takenaka[d]
    SonrakıHiroya Masuda[d]
    Şəxsi məlumatlar
    Doğum tarixi 6 dekabr 1948(1948-12-06) (77 yaş)
    Doğum yeri
    • Akinomiya[d], Oqaçi rayonu[d], Akita prefekturası, Yaponiya
    Partiya
    • Yaponiya Liberal-Demokratlar Partiyası
    Fəaliyyəti siyasətçi

    Təltifləri qızıl "Olimpiya" ordeni — 2021
    İmzanın şəkli
    sugayoshihide.gr.jp
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Yaponiya Nazirlər Kabinetinin baş katibi olmuşdur (2012-2020).

    Mündəricat

    Həyatı

    Yoşihide Suqa Akita əyalətinin kənd bölgəsi olan Oqaçidə (indiki Yuzava) çiyələk yetişdirən ailəsində anadan olub və Yuzava Liseyini bitirdikdən sonra Yaponiyanın paytaxtı Tokioya köçüb. 1973-cü ildə Hosey Universitetində hüquq dərəcəsi almaq üçün gecə məktəbində oxumuşdur. On bir il parlament üzvünə köməkçi, daha sonra 1984-cü ildə Xarici Ticarət və Sənaye Nazirliyində çalışıb, bundan sonra Yokohama Şəhər Şurasının üzvü olub.

    İlk dəfə 1996-cı ildə Liberal Demokrat Partiyasının siyahısı ilə Yaponiya parlamentinə seçilmişdir. Əvvəlcə Keyzo Obuçi fraksiyasının üzvü olan, 1998-ci ildə Ryutaro Haşimotonun istefasından sonra Obuçinin partiya lideri seçkilərinə namizədliyini dəstəkləməkdən imtina etdikdən sonra fraksiyadan ayrıldı.

    Şinzo Abenin ilk kabinetində, 2006-cı ilin sentyabrından 2007-ci ilin avqustuna qədər Daxili İşlər və Kommunikasiya naziri vəzifəsində çalışdı.

    2012-2020-ci ilədək Yaponiya Nazirlər Kabinetinin baş katibi.

    14 sentyabr 2020-ci ildə Yaponiya Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçildi. 16 sentyabr 2020-ci il tarixində parlament tərəfindən ölkənin baş naziri olaraq təsdiq edilmişdir

    Tənqid

    Məşhur müğənni Masaharu Fukuyama ilə aktrisa Kazue Fukişinin ailə qurmasına münasibət bildirən Suqa "İnşallah bu evlilik anaları uşaq sahibi olmağa təşviq edəcək. Zəhmət olmasa çox uşaq dünyaya gətirin" açıqlamasından sonra feministlər tərəfindən cinsiyyətçilikdə və sol düşərgədəki müxalifləri - qadınları daha çox gələcək əsgər dünyaya gətirməyə çağıran yapon militaristlərinin yolu ilə getdiyindən günahlandırılmışdır. Tənqidlərə cavab olaraq, Suqa "əlbəttə ki, hər kəsin özün qərarını verə biləcəyini" bildirmiş, "evlənməyinə və ya uşaq sahibi olmasına ehtiyac duyulacağını, ancaq hökumət insanların evlənmək və uşaq böyütmək üçün rahat olacağı bir cəmiyyət yaratmaq üçün çalışmalı olduğunu" söyləmişdir.

    Ailəsi

    Ailəlidir və üç oğlu vardır.

    Həmçinin bax

    • Şinzo Abe
    • Hikosaburo Okonoqi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yoşihide Suqa haqqında məlumat. Yoşihide Suqa nədir? Yoşihide Suqa nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Tabasaran rayonu

    • Fevral 27, 2026

      Mormon kitabı

    • Fevral 27, 2026

      Qravelot döyüşü

    • Fevral 27, 2026

      Cəhrüm şəhristanı

    • Fevral 27, 2026

      Vergi

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst