Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzib

Xiv

  • Ana Səhifə
  • Vikipediya
  • Xiv

Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Xiv
41°45′15″ şm. e. 47°55′50″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.500 m
Əhalisi
Əhalisi
  • 2.772 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87244
Poçt indeksi 368680
Xəritəni göstər/gizlə
Xiv xəritədə
Xiv
Xiv

Mündəricat

Coğrafiya

Xiv kəndi Çıraq -çay və Rapak-çay arasında olan vadidə yerləşir. Mahaçqaladan 207,3 km cənubda, Belici dəmiryolu stansiyasından 58 km qərbdədir.

Tarixi

Xiv kəndi tabasaranlıarın ən qədim kəndlərindən biridir. Onun tarixi hələ də çox az araşdırılmışdır. Onun salınması haqqında məlunmat yoxdur. Əsasən özdənlərdən ibarət kənd idi. Bununla belə burada elə də zəngin insanlar yox idi. İnsanlar əkinçilik, maldarlıq və xalçaçılıqla məşğul olurdular. Otlaqlar ictimai idi, hamının onlardan istifadə etmək hüququ vardı. Ancaq əkin sahələrinin bəzisi (xaryar) özəl də ola bilərdi.

3 km uzunluğunda kəndin qəbirstanlığının olması onun xeyli müddətdir mövcud olduğunun göstəricisidir. Bəzi mənbələrə görə kəndin yerində Merdeşan adlı şəhər və ya çoxlu sayda kiçik kəndlər olmuşdur. Xiv kəndi bölgəyə təşkil olunan bütün işğalçı ordularının əsas maşrutu üzərində yerləşir. 1239-cu ildə monqollar Riça kəndinə hüçüm edərkən bu kənddə də olmuş və məscid kənarında olan minarəni dağıdaraq, kəndi viran qoymuşlar. Kənddən Nadir çahın qoşunuda keçmişdir. O, olu üzərində olan bütün kəndləri viran qoymuşdur. Onlar tərəfindən Qamak-nakar, Qasul-qul, Çuru-xyul, Juras, Kkalay-qul və Merdeşan şəhəri dağıdılmışdır. Bundan sonra sivlilərin sağ qalanları kiçik bir kənd qurdular.

Hazırda kən üç məhəlləyə bölünür:

  • Askkan Marar — aşağı məhəllə
  • Zann Marar — yuxarı məhəllə
  • Dulmakent — yeni məhəllə

Əvvəllər kəndin yalnız 2 məhəlləsi vardi - yuxarı və aşağı məhəllə. Aralarındakı sərhəd isə xətti minarə idi

Kəndin mərkəzində yerləşən köhnə minarə

İnfrastruktur

Təhsil

Xiv orta ümümtəhsil məktəbi.

Xiv idman məktəbi.

Xiv incəsənət məktəbi

«Romaşka» uşaq baxçası.

«Solnışko» uşaq baxçası.

Səhiyyə

Xiva Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi

Aptek.

Tanınmış şəxsləri

Cəfərov Abumuslim Pirmagomed oğlu — tabasaran yazıçısı, şair və dramaturq. Tabasaran ədəbiyyatının banisi.

Şamxalov Manaf Şamxal oğlu — sovet, tabasaran şair və yazıçısı.

Rəcəbov Bağır Rəcəb oğlu — tabasaran yazıçısı, şairi, ədliyyə polkovniki, 11 hökumət mükafatına sahibdir. «Dağıstan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür. Dağıstan Respublikası Ədliyyə Nazirliyinin keçmiş şöbə müdiri olmuşdur

Ramzanov Rizvan - Dağıstan Respublikası əməkdar sürücüsü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xiv haqqında məlumat. Xiv nədir? Xiv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Encyclopædia Britannica

  • Fevral 27, 2026

    Hövsan qəbiristanlığı

  • Fevral 27, 2026

    Ata

  • Fevral 25, 2026

    Forbes (jurnal)

  • Fevral 27, 2026

    Şirəli Axundov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst