Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zola

Safsar

  • Ana Səhifə
  • Vikipediya
  • Safsar

Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ.

Safsar
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Safsar
Beynəlxalq elmi adı
  • Vormela peregusna Gueldenst., 1770[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  621958
NCBI  300627
EOL  328043
FW  

Mündəricat

Xarici görünüşü

Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir.

Yayılması

Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.

Yaşayış yerləri və həyat tərzi

Yaşayış yerləri arid və semiarid lanşaftları əhatə edir. Yuva qurmur, qum siçanlarının yuvasından istifadə edir. Qidasını əsasən, qum siçanları və digər gəmiricilər təşkil edir. Cütləşməsi yazda baş verir, 3-8 adətən isə 3-4 bala doğur.

Məhdudlaşdırıcı amillər

2 əsas amil safsarın sayının azalmasına səbəb olur:

  1. düzən ərazilərin kənd təsərrüfatı məqsədləri üçün mənimsənilməsi, bununla da yaşayış yerlərinin azalması
  2. safsarın qidasını təşkil edən qum siçanları və digər gəmiricilərə qarşı Dövlət Taun Əleyhinə Stansiyaları tərəfindən zəhərli maddələrdən istifadə edərək kütləvi mübarizə aparılması.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

İUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay, Korçay, İlisu, Şirvan qoruqlarında, Ağgöl, Abşeron Milli Parklarında, Zuvand, Ordubad, Qax, Korçay, Şəmkir yasaqlıqlarında mühafizə olunur. - Mövcud XMOTƏ-lərin mühafizə rejimini, texniki təchizatını və infrastrukturunu gücləndirmək, - Qobustan massivində yeni XMOTƏ yaratmaq, - Növün müasir metodlarla genişmiqyaslı tədqiqatını və monitorinqini aparmaq

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  2. Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 567 – 568;

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Safsar haqqında məlumat. Safsar nədir? Safsar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Balıkəsir ili

  • Fevral 27, 2026

    Mu

  • Fevral 27, 2026

    Guloninae

  • Fevral 27, 2026

    Frants Fanon

  • Fevral 27, 2026

    ÜİK(b)P

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst