Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət

Prusiya

  • Ana Səhifə
  • Vikipediya
  • Prusiya

Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər:

  • Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar.
  • Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir.
Tarixi dövlət
Prussiya krallığı
Bayraq Gerb[d], Gerb[d], Gerb[d]
Bayraq Gerb[d], Gerb[d], Gerb[d]
18 yanvar 1701 — 9 noyabr 1918
Paytaxt Berlin
Dil alman dili, Aşağı alman dili, polyak dili, Dan dili, Litva dili, Aşağı sorb dili, Kaşub dili, Friz dilləri
Pul vahidi Reyxstaler[d]
İdarəetmə forması konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Yaranması

XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi.

Ərazisi

Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi. Bundan sonra şərqə getdikcə o vaxtlar Prussiya kimi tanınan region gəlirdi. Buradakı aborigen xalqlar prussiyalılar və ya borussiyalılar adlanırdı, litvalılara qohum idilər, lakin almanların və polyakların təsiri altında yoxa çıxmışdılar. Qərbi Prussiyada polyaklar çoxluq təşkil edirdi, bu region 50 mil (80 km) genişliyində olmaqla Pomeraniyanı Şərqi Prussiyadan ayırırdı, sonralar bura polyak dəhlizi kimi məşhurlaşmışdı. Şərqi Prussiya və ya Prussiya hersoqluğu tevton cəngavərlərinin tarixi torpaqları idi. Səlib yürüşü etmiş bu orden üç əsr əvvəl yerli xalqları xristianlaşdırmışdı.

Sosial quruluşu

Şərqi Avropanın hər yerində olduğu kimi Prussiyada da təhkimçilik yayılmışdı. Şərqi Prussiyada kəndlilərin vəziyyəti Polşadakı ilə eyni idi. Prussiya hökmdarları əmin idilər ki, öz kəndlilərinə göstəriş vermək adətlərini özləri ilə gətirməklə, yunkerlərdən yaxşı ordu zabitləri əldə etmək olar. Bütün ordularda azlıq təşkil edən burjuaziya zabitləri Prussiyada tam nadir hal hesab olunurdu. Zabit sinfini qoruyub saxlamaq üçün qanunvericilik "kübar" torpaqlarını satmağı qadağan edirdi. Siniflər mülkiyyətin mübadilə olunmayan formalarına sahib olmaqla dondurulurdu. İstənilən qaydada burjuaziya sinfi müstəqillik istəyinə az sahib idi. Almaniyanın qədim şəhərlərinin bir neçəsi Prussiyada idi. Prussiya orta sinfi varlı deyildi, özəl mülkiyyətə malik olmaqla onlar güclü deyildilər. Orta sinif dövlətə xidmət etməklə ordudan qorxu hiss edirdi.

Prussiya kralları

  • I Fridrix
  • I Fridrix Vilhelm
  • II Fridrix
  • II Fridrix Vilhelm
  • III Fridrix Vilhelm
  • IV Fridrix Vilhelm
  • I Vilhelm
  • III Fridrix
  • II Vilhelm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Prusiya haqqında məlumat. Prusiya nədir? Prusiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xalq tribunu

  • Fevral 24, 2026

    YUNESKO

  • Fevral 24, 2026

    Aida (opera)

  • Fevral 23, 2026

    Manqan

  • Fevral 23, 2026

    24 may

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst