Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944).

Fariz Səfərov

  • Ana Səhifə
  • Vikipediya
  • Fariz Səfərov

Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944).

Fariz Səfərov
Fariz Məcid oğlu Səfərov
Doğum tarixi 20 iyun 1920(1920-06-20)
Doğum yeri
  • Nehrəxəlil, Ərəş qəzası, Gəncə quberniyası
Vəfat tarixi 27 avqust 1964(1964-08-27) (44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı

Həyatı

Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.

On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.

1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10–15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.

Fariz Səfərovun məzarı

19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır (medal № 3452).

Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış, 1951-1954 ci illər aralığında M.V.Frunze adına Hərbi Akademiyada təhsil almış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir.

O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.

Sabiq Daxili İşlər Naziri Arif Heydərovun xalası oğludur.[mənbə göstərilməlidir]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fariz Səfərov haqqında məlumat. Fariz Səfərov nədir? Fariz Səfərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əqrəb

  • Fevral 27, 2026

    İnzibati hüquq

  • Fevral 28, 2026

    Xidmət modulu

  • Fevral 27, 2026

    RM (reper)

  • Fevral 27, 2026

    Vərəsəlik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst