Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. 30 iyun 2009-cu il tarixli 851-IIIQ saylı Azərbaycan Respu

Xanagah

  • Ana Səhifə
  • Vikipediya
  • Xanagah

Xanagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. 30 iyun 2009-cu il tarixli 851-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Xanagah
40°51′15″ şm. e. 48°09′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 505 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Xanagah xəritədə
Xanagah
Xanagah

Mündəricat

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzinə 5 km məsafədə, Böyük Qafqaz dağlarının qoynunda, İsmayıllı və Qəbələ rayonları arasında yerləşir. Kənd 3 tərəfdən dağlar olmaqla tamamən meşə örtüyü ilə əhatə olunub. Qəbələ, Şəki, Qazax istiqamətinə uzanan magistral yol bu kəndin içindən keçir. Ax-Ox çay öz mənbəyini bu kəndin dağlarından alaraq kəndin kənarından axır. İsmayıllı Dövlət Qoruğunun ərazisi bu kəndin dağlarından başlayır. Kənddən yuxarda (şimalda) yaşayış yoxdur. Şərqdən Culyan, qərbdən Qurbanəfəndi, cənubdan isə Qalıncaq kəndləri ilə qonşudur.

Kəndin meşələrində çox sayda qaban, çöl donuzu, ayı, canavar, cüyür, maral, tülkü, çaqqal, dovşan, yenot, çöl pişiyi və s. yaşayır.

Ən çox rastlanan ağac növləri isə vələs, fıstıq, palıd, cökə, ağcaqayın və lapan ağaclarıdır. Çox sayda soyuq bulaqların movcudluğu içməli su baxımından kəndi əvəzsiz edir.

Kənddə İsmayıllı Dövlət Meşə İdarəsi və Dövlət Qoruq İdarəsi yerləşir.

Əhalisi

Xanagah kəndində təxmini 200 ailədə 559 nəfər yaşayır ki, onun da 278 nəfəri kişi, 281 nəfəri qadındır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini həyətyanı təsərrüfat, heyvandarlıq və meşəçilik təşkil edir.

Kənddə Sovet dönəmindən qalma bir ədəd asfalt, bir ədəd beton zavod mövcuddur və qismən fəaliyyət göstərir. Sovet dönəmində insanların əsas məşğuliyyəti üzümçülük idi. Bu kənddə üzüm sahələri yerləşmir, işləmək ucun sovxoza daxil digər kəndlərin ərazisinə gedilirdi.

Təhsil

Kənddə bir natamam orta məktəb fəaliyyət göstərir.

Maraqlı məqam

2018-ci ildə kənd sakini Mirəstə Nəbiyeva Ginnesin Rekordlar Kitabına düşmək üçün uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun bişirib.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanagah haqqında məlumat. Xanagah nədir? Xanagah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Batum

  • Fevral 27, 2026

    Ərəb atı

  • Fevral 27, 2026

    I Muaviyə

  • Fevral 27, 2026

    Feynman diaqramı

  • Fevral 27, 2026

    İnsulin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst