Anaxatır və ya Xram (gürc. ხრამი (Xrami)) — Gürcüstan və Azərbaycanda çay. Kür çayının sağ qolu. Başlanğıcını Kiçik Qafqaz dağlarının Ərcivan dağ silsiləsinin Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti mxaresinin Borjomi bələdiyyəsi ərazisində yerləşən Tsxratskaro dağ keçidinin (2 454.3 m) ətəyindən, 2 422 m hündürlükdən götürür. Çayın illik orta su sərfi 1 km³/san-dir. Borjomi bələdiyyəsinin ərazisindən başlayan çay Aşağı Kartli mxaresinin Barmaqsız, Ağbulaq, Çörük Qəmərli və Sarvan bələdəyyələrindən axaraq Azərbaycan Respublikasının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığında Kür çayına tökülür.
| Anaxatır | |
|---|---|
| azərb. Anaxatır, gürc. ხრამი (Xrami) | |
![]() İmir kəndində Anaxatır çayı üzərində körpü | |
| |
| Ölkə | |
| Keçdiyi ərazilər | |
| Mənbəyi | Tsxratskaro dağ keçidi |
| • Yüksəkliyi | 2 422 |
| Mənsəbi | Kür |
| • Yüksəkliyi | 254 |
| Uzunluğu | 201 |
| Meyilliyi | 10.78 m/km |
| Su sərfi | 51.7 |
| Su hövzəsi | Xəzər |
| Hövzəsinin sahəsi | 8 340 |


Anaxatır çayının uzunluğu 201 km, hövzəsinin sahəsi 8.340 km²-dir. Çayın hövzəsinin 4.378 km²—lik qismi Gürcüstanın ərazisində yerləşir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xram haqqında məlumat. Xram nədir? Xram nə deməkdir?

