Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səadət Əliyeva (13 sentyabr 1986, Bakı) — azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru.

Səadət Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Səadət Əliyeva

Səadət Əliyeva (13 sentyabr 1986, Bakı) — azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru.

Səadət Əliyeva
Səadət Namiq qızı Əliyeva
Azərbaycan Universitetinin rektoru
Vəzifədədir
13 mart 2017-ci ildən
    ƏvvəlkiFərid Əhmədov
    Şəxsi məlumatlar
    Doğum tarixi 13 sentyabr 1986(1986-09-13) (39 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Milliyyəti Azərbaycanlı
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili
    • Azərbaycan Dillər Universiteti,
    • Azərbaycan Universiteti
    Fəaliyyəti alim
    Uşağı 4
    Elmi fəaliyyəti
    Elm sahəsi Britaniya uşaq ədəbiyyatı
    Elmi dərəcəsi
    • filologiya üzrə fəlsəfə doktoru[d]

    Təltifləri "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı

    Mündəricat

    Həyatı

    Səadət Əliyeva 1986-cı il 13 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir.

    2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat səviyyəsini Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura səviyyəsini Dilşünaslıq (ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2017-ci illərdə Azərbaycan Universitetində "Dünya ədəbiyyatı" ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə "Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri" mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

    İngilis, alman və rus dillərini bilir.

    Ailəlidir, dörd övladı var.

    Fəaliyyəti

    Əmək fəaliyyəti

    Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlamışdır. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Böyük Britaniyanın Ardinqli Kollecində elmi tədqiqat ilə məşğul olmuşdur. 2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərmişdir. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.

    Elmi fəaliyyəti

    Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatına yönəlmişdir. O "İpək yolu" və "Çağlayan" jurnalının baş redaktoru və Midlseks Universiteti tərəfindən çap olunan "Children's Literature in Education Journal"ının redaksiya heyətinin üzvüdür.

    Kitablar

    • Britaniya uşaq ədəbiyyatı (Ş. Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2018. 435 s.
    • Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya, (Ş. Xəlilli ilə birlikdə) Dərs vəsaiti, Bakı, 2019, 376 s.
    • Britaniya uşaq folkloru (Ş. Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2021, 316 s.
    • Amerika uşaq ədəbiyyatı (Ş. Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2025, 416 s.

    Təltifləri

    • Təhsil Nazirliyinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı, 2019
    • Təhsil Nazirliyinin əmri ilə Azərbaycan Universitetinin 30 illiyi münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı", 2021
    • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ATİAHİ-nin yaradılmasının 100 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə "Yubiley döş nişanı", 2022
    • Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmrinə əsasən "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı, 2023
    • 2025-ci ildə Özbəkistanın Mamun Universitetinin Elmi Şurasının qərarı ilə Səadət Əliyevaya universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən bu ali məktəbin fəxri professoru adı verilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səadət Əliyeva haqqında məlumat. Səadət Əliyeva nədir? Səadət Əliyeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 28, 2026

      Meksika-ABŞ müharibəsi

    • Fevral 25, 2026

      Qram

    • Fevral 27, 2026

      Zamanlı (Gədəbəy)

    • Fevral 10, 2026

      Barens dənizi

    • Fevral 27, 2026

      Ovuntu konusu

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst