Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kürdili və ya Kür dili — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala,

Kür Dili

  • Ana Səhifə
  • Vikipediya
  • Kür Dili

Kürdili və ya Kür dili — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır.

Kür dili
Ümumi məlumatlar
Sahəsi 43 km²
Uzunluğu 11,8 km
Eni 5,2 km
Əhalisi 0 nəfər (2025-ci il)
Yerləşməsi
38°58′30″ şm. e. 49°07′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Akvatoriya
  • Xəzər dənizi
Kür dili xəritədə
Kür dili
Kür dili
Kürdili (Azərbaycan)
K. dili
Kür dili

Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür.

Mündəricat

Coğrafiyası

Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir. Son zamanlar səviyyənin qalxması ilə əlaqədar adaya çevrilmişdir. Sahəsi 43 km² təşkil edir. Uzunluğu 11,8 km, eni isə 5,2 km-dir. Yarımsəhra və quru çöl iqliminə malikdir. Qızılağac qoruğunun bir hissəsi yarımadanın ərazisinə düşür. Şərqdə Xəzər dənizi, qərbdə isə Qızılağac körfəzi onun sahillərini yuyur. Kür daşı adası adanın şərqində yerləşir. İddiaya görə hər il ada 50–100 metr arasında əriyir.

Tarixi

XX əsrin əvvəllərində əraziyə ruslar, kazaklar və molokanlar köçürülmüşdür. 1911-ci ildə adada ilk mayak istifadəyə verilib. Mayak 1966-cı ilə qədər fəaliyyət göstərib

Azərbaycan SSR dövründə adada Neftçala rayonu inzibati ərazisinə daxil olan iki kənd (Kürdili, Şirvanlı) mövcud olub. 2 kənddə 3 minə qədər adam yaşayıb. Adada məktəb, mədəniyyət evi, kinozallar, kitabxanalar olub. Məhsuldar torpaqda üzüm və nar yetişdirilirdi, burada atçılıq və heyvandarlıq fermaları yerləşirdi.

1981-ci ildə Xəzər dənizində suyun qalxması nəticəsində Neftçala rayonu ərazisindən bu əraziyə olan yol dağılmış və yarımada adaya çevrilmişdir. 1982-ci ildə kəndə quru yolu ilə getmək mümkün deyildi. Ada əhalisi SSRİ dağıldıqdan sonra Rusiyaya və başqa ölkələrə, həmçinin Neftçala rayonu ərazisində yeni tikilmiş evlərə köçürülmüşdür. 2013-cü ildə adada 4 ailə qalmışdı. 2019-cu ildə adada cəmi 1 nəfər — Vitali Pronin yaşayırdı.

Fauna

1929-cu ildə adanın qərb sahillərinin də daxil olduğu ərazidə Qızılağac qoruğu yaradılmışdır. Bu hissədə canlılar qorunurdu. Əsasən su quşları və balıqlarla zəngindir. Sovet dövründə burada atçılıq fermaları olub. Sovetlər təzə qurulanda burada yetişdirilən atlar müxtəlif rayonlara, kəndlərə göndərilirmiş ki, əkin-biçində istifadə olunsun. Su qalxıb kolxoz dağılanda, bu atları buraxıblar. Sürü şəklində gəzən bu atlar artıq vəhşi atlara çevrilib. Adada vəhşi həyat tərzi keçirən qaban və inəklər də mövcuddur.

Filmoqrafiya

Ada haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.

Həmçinin bax

  • Qızılağac Dövlət Təbiət Qoruğu
  • Qızılağac körfəzi
  • Kür dili mayakı
  • Kür deltası
  • Əriyən ada (film, 2013)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kür Dili haqqında məlumat. Kür Dili nədir? Kür Dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abbasabad (Qiydar)

  • Fevral 27, 2026

    Şvabax

  • Fevral 27, 2026

    Panakeya

  • Fevral 27, 2026

    Bank krediti

  • Fevral 15, 2026

    İspan dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst