Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ləxmilər və ya Banu Ləxm (bəzən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq ali- Münzir də deyirlər) üçüncü əsrin sonundan Hiyrə və onunla qonşu olan torp

Ləxmilər

  • Ana Səhifə
  • Vikipediya
  • Ləxmilər

Ləxmilər (ərəb. اللخميون‎), Banu Ləxm (ərəb. بنو لخم‎) — Ərəb əmir sülaləsi.

Mündəricat

Tarixi

Ləxmilər və ya Banu Ləxm (bəzən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq ali- Münzir də deyirlər) üçüncü əsrin sonundan Hiyrə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hiyrə şahları Sasani dövlətinə tabe olmuş, Roma imperiyası ilə müharibədə onlara kömək etmişlər.

Görünür Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.

Bu sülalənin ən məşhur şahlarından biri Nəman ibni Qeyeydir ki, V əsrin əvvəllərində hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Nəman Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Mə’lumata görə tikinti qurtardıqdan sonra, sarayın memarlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı me’mar öldürülmüşdür. Nəman ibni Münzir bu ailənin sonuncu adlı-sanlı şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibni Nə’mandır ki, onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vaxtına təsadüf edir.

Həmçinin bax

Esat Ayyıldız, “Lahmîlerin Arap Edebiyatına Etkisi”, 2nd International Archeology, Art, History and Cultural Heritage Congress, ed. Kenan Beşaltı (Şanlıurfa: Iksad Yayınevi, 2022), 38-44.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ləxmilər haqqında məlumat. Ləxmilər nədir? Ləxmilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xepreş

  • Fevral 27, 2026

    Anadoluda qıpçaqlar

  • Fevral 27, 2026

    Harri Potter

  • Fevral 27, 2026

    Cazibə

  • Fevral 27, 2026

    Kibrit

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst