Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara nəciblər və ya qara kübarlar (it. nobiltà nera, aristocrazìa nera) — Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya kral

Qara nəciblər

  • Ana Səhifə
  • Vikipediya
  • Qara nəciblər

Qara nəciblər və ya qara kübarlar (it. nobiltà nera, aristocrazìa nera) — Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya krallığının qoşunları 20 sentyabr 1870-cil tarixində Romaya daxil olduqdan sonra Roma Papasını dünyəvi hakimiyyətdən məhrum etmiş, Papa vilayətini ləğv etmiş və Papa sarayını tutmuşdular. Sonrakı 59 ildə Roma Papası ancaq Vatikan ilə məhdudlaşmış və o, İtalya hökumətinin hakimiyyətinin möhkəmlənməməsi üçün özünün Vatikan məhbusu olduğunu iddia etmişdir. Əvvəllər Müqəddəs Taxtdan, papa sarayının yüksək rütbəli üzvləri (gizli kamerqerlər) də daxil titullar almış aristokratlar Papanın "həbsinə" yas tutaraq öz qapılarını bağlı saxlamaqda davam etdikləri üçün onları "Qara nəciblər" adlandırdılar.

1929-cu ildə Lateran razılığına görə "qara nəciblərə" İtaliya və Vatikanda ikili vətəndaşlıq verildi. Bu razılıq "qara nəciblərin" nümayəndələrinə, əvvəllər ancaq keçmiş Papa vilayətindən olan zadəganlar üçün açıq olan Zadəgan qvardiyasına daxil olmağa icazə verdi. 1931-ci ildə Papa XI Piy XII Alfonsun bütün katolik ölkələrdən olan zadəganların Zadəgan qvardiyasına qəbuluna icazə verilməsi haqda müraciətini rədd etmişdir.

"Qara nəciblərin" ən məşhur nümayəndələrindən biri, sonradan Roma Papası XII Piy olmuş Eucenio Paçellidir.

Papa Xll Piy, 1958-ci il, aprel.


Mündəricat

Qara nəciblərə daxil olan ailələr

Papa sarayında ənənəvi olaraq vərəsəli olan titullara sahib olan Roma knyaz ailələri, digər markizlər, zadəgan ailələr

  • Orsini
  • Saketti (it. Sacchetti)
  • Patrizi Naro Montoro
  • Serlupi-Kreşentsi (it.Serlupi-Crescenzi)
  • Caetani
  • Ruspoli
  • Borqeze (it. Borghese)
  • Kici (it. Chigi)
  • Gabrielli
  • Lanselotti (it. Lancellotti)
  • Aldobrandini
  • Palaviççini (it. Pallavicini)
  • Odeskalki (it. Odescalchi)
  • Altieri

Roma Pontifiklərindən titul və başqa imtiyazlar alan ailələr

  • Torlonia
  • Theodoli
  • Soderini
  • Mazzetti di Pietralata
  • Del Qallo di Rokkacovine (it. Del Gallo di Roccagiovine)
  • Senni
  • Ricci Parracciani
  • Lepri
  • Malvetsi Kampecci (it. Malvezzi Campeggi)
  • Rokki (it. Rocchi)
  • Nannerini
  • Bufalari
  • Datti
  • Piertomarçi (Pietromarchi
  • Paçelli (it. Pacelli)
  • Nasalli Rokka (it. Nasalli Rocca)
  • Peççi (it. Pecci)
  • Kantuti Kastelvetri (it. Cantuti Castelvetri)
  • Ugolini

Başqa Qara nəcib ailələr

  • Teofilakt
  • Krestentsi
  • Kolonna
  • Massimo
  • Borcia
  • Pikkolomini
  • Della Rovere (Lante)
  • Bonkompanyi
  • Barberini
  • Rospilyozi
  • Pinyatelli

"Ağ" nəciblər

"Ağ" nəciblərə aid olan ailələr

  • Bonkompanyi Lyudovizi (it. Boncompagni Ludovisi)
  • Ottoboni
  • Caetani
  • Cesarini Sforza
  • Doria Pomfili (it. Doria Pamphilj)
  • Sçarra (it. Sciarra)
  • Skyaratura (it. Schiaratura)
  • Lovatelli
  • Odeskalki (it. Odescalchi) və Pallavicini qolları

Venesiya Qara nəcibləri

Con Koleman (Jhon Coleman) və Yan van Helsinq (Jan van Helsing) tərəfindən nəzəri olaraq daxil edilmiş "Venesiya Qara nəcibləri" termini təmamilə ayrı bir mənada — Venesiya tacir sinfi kimi — işlənir. Bu tacir sinfi Venesiya Respublikasında öz hakimiyyətini, 1063-cü ildən 1123-cü ilədək olan üç Səlib yürüşlərindən birincisi zamanı təsdiqləyərək, 1171–1172-ci illərdə dojları təyin etməyin mütləq hüququnu özündə saxlayan Maggior Consiglio'nu təsis etməklə zadəgan oliqarxiyasına çevirmişdir. Venesiyadan başqa, XII əsrdən kommersiya hüquqlarında imtiyazlara malik Genuya Qara nəcibləri də olub.

Həmçinin bax

  • IX Piy
  • Böyük Pontifik
  • Vatikan
  • Papa vilayəti
  • Roma Papaları
  • Orsini ailəsi
  • Borciya ailəsi
  • Kolonna ailəsi

Ədəbiyyat

  1. Black Nobilita Unmasked Worldwide, 1985
  2. Le Società segrete e il loro potere nel Ventesimo secolo, 1995

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara nəciblər haqqında məlumat. Qara nəciblər nədir? Qara nəciblər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Linoideae

  • Fevral 27, 2026

    Disko adası

  • Fevral 23, 2026

    Pul

  • Fevral 27, 2026

    Nicotianeae

  • Fevral 27, 2026

    İkonoqrafiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst