Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İz

II Levon

  • Ana Səhifə
  • Vikipediya
  • II Levon

II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir.

II Levon
Լեիոն Բ
II Levon ailəsi ilə
II Levon ailəsi ilə
Kilikiya Erməni Çarlığının IV çarı
1270 – 1289
ƏvvəlkiI Hetum
SonrakıII Hetum
Şəxsi məlumatlar
Doğum tarixi 1236
Vəfat tarixi 1289 (52–53 yaşında)
Vəfat yeri
  • Kozan
Milliyyəti Erməni
Fəaliyyəti monarx, hökmdar[d]
Atası I Hetum
Anası I İzabella
Həyat yoldaşı Keran
Uşaqları
  • Erməni Rita (imperatriça)
Ailəsi Hetumilər
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gəncliyi

1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi.

Hakimiyyəti

I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi. Ayrıca Monqol ittifaqını gücləndirmək üçün məşğul oldu, atası I Hetum da 1247də Monqol hegemonluğunu tanımışdı. Marko Polo, 1271-ci ildə Ayas limanını ziyarət etdi. Levonun iqtidarı və ölkənin bolluğunu təriflədi amma Levonun hərbi gücü üzərinə şərhləri eyni şəkildə deyildi:

"Kral [II Levon], torpaqlarında ədaləti uyğun şəkildə təmin etməkdədir, ayrıca monqolların da vassalıdır. Bir çox şəhər və kənd var və hər şey bərəkət içindədir.(…) Keçmişdə, kişilər döyüşdə cəsarətli idi, lakin bu gün dəyərsizdir və yaxşı içməkdən başqa qabiliyyətləri yoxdur." (Marko Polo "Le Livre des Merveilles)

Monqollar və ermənilər, Məmlüklər tərəfindən 1281-ci ildə ikinci Humus döyüşündə məğlub edildilər. 1275-ci ildə, Məmlük sultanı Baybars, Kilikiyanı ikinci dəfə zəbt etdi. Sonrakı il, Ermənilər türkmənlərə qarşı döyüşdülər lakin Levonun əmisi Smbat, döyüşdə öldürüldü. Çar özü 1286-cı ildə vəfat etdi.

Ailəsi

1262-ci ildə, Levon, Lampron prinsi Hetumun qızı Kraliça Keran ilə evləndi. Ondan bir çox övladı oldu:

  1. Adsız övlad
  2. Konstantin
  3. Evfemiya
  4. II Hetum
  5. İzabella
  6. III Toros
  7. Ruben
  8. Zabel
  9. Smbat
  10. İzabella Lüzinyan
  11. I Konstantin Hetumid
  12. Rita Paleoloq
  13. Teofanu
  14. Nerses
  15. Oşin
  16. Alinax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Levon haqqında məlumat. II Levon nədir? II Levon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ədirnə sarayı

  • Fevral 27, 2026

    Kosmik məkik

  • Fevral 27, 2026

    Suriya funtu

  • Fevral 27, 2026

    Müflis

  • Fevral 27, 2026

    Müqayisəli siyasət

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst