Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aysel Nizami qızı Qəribli (6 mart 1990, Qazax, Azərbaycan SSR) — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnal

Aysel Qəribli

  • Ana Səhifə
  • Vikipediya
  • Aysel Qəribli

Aysel Nizami qızı Qəribli (6 mart 1990, Qazax, Azərbaycan SSR) — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim.

Aysel Qəribli
Aysel Nizami qızı Qəribli
Doğum tarixi 6 mart 1990 (35 yaş)
Doğum yeri Qazax, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Türkologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı Dosent
İş yerləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nitq mədəniyyəti və monitorinq” şöbəsinin müdiri
Alma-mater Azərbaycan Dillər Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Elmi rəhbərləri Tofiq Hacıyev (elmlər doktoru, professor)
Möhsün Nağısoylu (akademik)

Həyatı

Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb.

2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib.

2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. 2017-ci ildə "Azərbaycan dili anlayışının tarixi" adlı kitabı işıq üzü görüb.

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə "Gənclər üçün Prezident mükafatına" namizəd kimi təqdim edilib. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olub. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. Bundan əlavə bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla təltif olunub.

2018-ci ildə "Azərbaycan nitq mədəniyyəti" (həmmüəlliflərlə), "Türkologiya" (həmmüəlliflərlə), "Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası" adlı kitabları dərc edilib. Aysel Qəribli nəşr edilmiş bir sıra kitabların rəyçisidir. Respublikada və xaricdə nüfuzlu elmi jurnallarda 44 elmi məqaləsi nəşr olunub.

2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışır.

2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu "Nitq mədəniyyəti və monitorinq" şöbəsinin müdiri vəzifəsində çalışır.

2022-ci ildə "Türk dili və türk dilləri anlayışlarının formalaşması tarixinin elmi-metodoloji problemləri" mövzusunda elmlər doktorluğu elmi dərəcəsini müdafiə edib. 2023-cü il may ayının 3-də filologiya elmləri doktoru dərəcəsini alıb.

Əsərləri

  • Aysel Qəribli. Azərbaycan dili qloballaşan dünyada. Bakı, AzAtaM, Elm və təhsil, 2013, 58 s.
  • Aysel Qəribli. Azərbaycan təriqət şerinin leksikası. Bakı, AzAtaM, Elm və təhsil, 2015, 179 s.
  • Aysel Qəribli. "Azərbaycan dili" anlayışının tarixi. Bakı: Elm və təhsil, 2017. 151 s.
  • Aysel Qəribli (həm müəllif). Türkologiya. Bakı: [STV-Trans], 2018, 290 s.
  • Aysel Qəribli (həm müəllif). Azərbaycan nitq mədəniyyəti. Bakı: Şərq-Qərb, 2018, 301 s.
  • Aysel Qəribli. "Türk dili", "Türk ləhcələri" və "Türk dilləri" anlayışlarının genotipologiyası. Bakı: Elm və təhsil, 2018, 165 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aysel Qəribli haqqında məlumat. Aysel Qəribli nədir? Aysel Qəribli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Depressiya

  • Fevral 28, 2026

    Kolagirən (Göyçə)

  • Fevral 10, 2026

    Hülakü xan

  • Fevral 27, 2026

    Faiq Cabbarov

  • Fevral 16, 2026

    Al Kapone

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst