Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antilop boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən heyvan növünə verilən addır. Filogenetik qohumluğu əks etdirən əlamətlər əsası

Antilop

  • Ana Səhifə
  • Vikipediya
  • Antilop

Antiloplar (Antilopinae) — Boşbuynuzlular fəsiləsindən yarımfəsilə.

Antilop
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Antilop boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən heyvan növünə verilən addır. Filogenetik qohumluğu əks etdirən əlamətlər əsasında düzəldilən müasir təsnifat sisteminə görə cırtdan antiloplar harna, oribi, divarböyürlər, dağ antilopları, beyralar, impalalar, oraqbuynuzlar, zürafəyəbənzər antiloplar, dzerenlər və sprinqboklar adlı cinslər antiloplar yarımfəsiləsində birləşdirilir. Əsl antilop cinsinin (Antilope) Hindistanda yaşayan harna adlı bir növü var. Antiloplar adlanan heyvanlar (kannalar, köpgəröküzlər, su keçiləri, qnular və b.) müstəqil tribalara, yaxud yarımfəsilələrə ayrılırlar. Əvvəllər antiloplara məməlilərin yığma qrupu kimi baxılırdı. Keçilər, qoyunlar və öküzlərdən başqa boşbuynuzlular fəsiləsinin tamamilə fərqli cinsləri (xarici görünüşünə və filogenetik əlaqələrinə görə) hər necə gəldi müxtəlif sistemlərə daxil edilmişdi. Sayının həddən çox artmasına görə antiloplar Afrika və Asiya ekosistemlərinin mühüm halqalarından biridir. Afrikada onlar hər növün müəyyən bitki yarusundan (ayrıca ekoloji taxçanı tutur) istifadə etdiyi çoxnövlü qruplar əmələ gətirirlər. Antilop qrupları savanna landşaftlarının formalaşmasının mühüm amilidir. Zərif quruluşlu olan antiloplar Asiya və Avropanın bir çox yerində yaşayırlar. Əsasən Antilop növlərinin çoxu Afrikada, yalnız səkkiz növü Asiyada yaşamaqdadır. Şimal Amerikaya xas olan Amerika antilopu (Antilocapra americana) isə adına baxmayaraq antiloplarla eyni familiyadan belə deyil. Antiloplar budaqlanmadan uzanan buynuzlarını tökmədikləri halda, Amerika antilopunun budaqlanaraq uzanan buynuzlarını ildə 1 dəfə tökürlər. Antilopların azlığı otlaqları ot basmasına, çoxluğu isə bitki örtüyünün deqradasiyası və səhralaşmasına səbəb olur. Müxtəlif yırtıcı heyvanların müşayiət etdiyi bəzi antiloplar çox böyük sürülər şəklində yığılaraq mövsümi miqrasiyalar edirlər. Əksəriyyəti mühüm ov obyektidir. Bir çox növlərinin sayı azalmışdır, BTMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir. Azərbaycanda iki növü (ceyran, köpgər) yaşayır.

Həmçinin bax

  • Boşbuynuzlular

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antilop haqqında məlumat. Antilop nədir? Antilop nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fındıq

  • Fevral 23, 2026

    Monqol dili

  • Fevral 23, 2026

    Elektrik cərəyanı

  • Fevral 23, 2026

    Frans Şubert

  • Fevral 24, 2026

    İsmət İnönü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst