Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur.

Qurdqulaq (Gorus)

  • Ana Səhifə
  • Vikipediya
  • Qurdqulaq (Gorus)

Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur.

Qurdqulaq
39°20′34″ şm. e. 46°26′02″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Qurdqulaq xəritədə
Qurdqulaq
Qurdqulaq

Mündəricat

Tarixi

Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.

1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər.

1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar.

Mədəniyyəti

Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi.

İqtisadiyyatı

1988-ci ildə kənddə 55 təsərrüfat olmuşdur.

Toponimikası

Toponim "qurd" türk etnonimi ilə türk dilində "dərə, çuxur, çökəklik" mənasında işlən "kulak" sözü əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin toponimləri

Qızılqaya, Bəbirin yeri, Uzun güney, Bəxtiyar dərəsi, Almalıq, Soyuq bulaq, Ağa çayı, Qiblə daşı və s.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 26 km. cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, meşəliyin içərisində yerləşir.

Əhalisi

Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. Kənddə 1897-ci ildə 30 nəfər, 1904-cü ildə 54 nəfər, 1914-cü ildə 44 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 49 nəfər, 1979-cu ildə 248 nəfər, 1988-ci ildə 150 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə erməni quldur dəstələri Qurdqalaq kəndinı hücum edərək kənd əhalisinin bir hissəsini öldürmüşlər. Sağ qalan təxminən 70-80 ailə qonşu Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Ermənistanda sovet hökuməti qurulduqdan sonra 35-40 ailə geri dönərək yenidən öz doğma kəndlərində məskunlaşmışlar.

İkinci Dünya müharibəsində Qurdqalaq kəndindən 27 nəfər iştirak etmiş, onlardan 21 nəfəri həlak olmuşdur.

1988-ci ilin noyabrın sonlarında Qurdqalaq kəndi ermənilər tərəfindən zorla boşaldılmış, kolxozun və kənd camaatının bütün əmlakı, o cümlədən evləri əllərindən alınmışdır.

Hazırda Qurdqalaq kəndinin sakinləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Beyləqan, Qubadlı və Füzuli rayonlarında məskunlaşmışlar.

Qarabağ uğrunda gedən döyüşlərdə Qurdqalaq kəndindən 4 nəfər şəhid olmuşdur: Babayev Nizami Hidayət oğlu, Ağayev Habil Kamil oğlu, Məmmədov Müşviq Yusif oğlu, Əsgərov Şahin Rəcəb oğlu.

2011-ci ilin məlumatlarına görə kənddə yaşayış yoxdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurdqulaq (Gorus) haqqında məlumat. Qurdqulaq (Gorus) nədir? Qurdqulaq (Gorus) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 424

  • Fevral 27, 2026

    Rəqəmsal imza

  • Fevral 27, 2026

    İmereti

  • Fevral 27, 2026

    Çoxdillilik

  • Fevral 27, 2026

    İvan Şopen

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst