Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan U

Cəfərabad türbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfərabad türbəsi

Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir.

Pir Hüseyin türbəsi
Ölkə  Ermənistan
Yerləşir Cəfərabad kəndi, Ararat mərzi
Aidiyyəti Qaraqoyunlular
Sifarişçi Pir Hüseyin ibn Əmir Səəd
Tikilmə tarixi 1413
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Günbəzləri 1
Material tuf
40°09′22″ şm. e. 44°26′23″ ş. u.HGYO
Xəritə
Pir Hüseyin türbəsi (Ermənistan)
Nöqtə
Pir Hüseyin türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xüsusiyyətləri

Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki,

"Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən , dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir-Hüseyn əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabr) ucaldıldı... Allahın rəhmi ona olsun ... Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində ... Allah onların gücünü əbədi etsin!"

Ümumi məlumat

Qırmızı tuf daşından tikilmiş türbənin hündürlüyü günbəzsiz 12 m-dir. Günbəzin karnizinin altında 22 metr uzunluğunda, ərəb dilində, süls elementli nəsx xətti ilə Qurandan Bəqərə surəsinin 256-cı ayəsi yazılmış, abidənin Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı (miladi 1413-cü) ildə tikildiyi göstərilmişdir.

Bir neçə il öncə erməni katolikosu və erməni alimləri Türkmənistandan alimləri dəvət edərək, türbənin erməni və türkmən xalqlarının memarlıq abidəsi olduğunu elan etmişlər. Halbuki abidənin nə türkmənlərlə, nə də ermənilərlə əlaqəsi var. Belə ki, indi Ermənistan adlanan tarixi Azərbaycan ərazisində, o cümlədən Pir Hüseyn sərdabəsinin yerləşdiyi Cəfərabad kəndində türkmənlər yaşamamışlar. Pir Hüseyn sərdabəsi yalnız azərbaycanlılara məxsus tarixi abidədir.

Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu türkmənlərinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir.

Şəkillər

  • ;
  • Qravür
    Qravür
  • Türbənin kəmərvari kitabəsi
    Türbənin kəmərvari kitabəsi

Həmçinin bax

  • Pir Hüseyin xanəgahı
  • Göy məscid
  • Sərdar sarayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfərabad türbəsi haqqında məlumat. Cəfərabad türbəsi nədir? Cəfərabad türbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şaban

  • Fevral 27, 2026

    Ağdam (şəhər)

  • Fevral 27, 2026

    Təkfur

  • Fevral 27, 2026

    Bəlağət

  • Fevral 27, 2026

    Diafraqma (anatomiya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst