Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:

Chordata

  • Ana Səhifə
  • Vikipediya
  • Chordata

Xordalılar (lat. Chordata) — heyvanlar aləminə aid heyvan tipi.

Xordalılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Beynəlxalq elmi adı
  • Chordata William Bateson, 1885
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  158852
NCBI  7711
EOL  694
FW  

Mündəricat

Ümumi xarakteristika

Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:

  1. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.
  2. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
  3. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.
  4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir, Xordalılar tipinin 43 minə yaxın növü məlumdur.

İkinci bədən boşluğu olan heyvanların ali tipidir. Xordalılar üç yarımtipə bölünür: Başıxordalılar, Tunikalılar (və ya sürfəsixordalılar) və Onurğalılar (kəlləlilər). Xordalılar üçün bütün ömür boyu və ya inkişafın müəyyən dövründə bel telinin — xordanın, onun üstündə sinir borusunun, həzm borusunun, həzm borusunun önündə (udlağın yanlarında) qəlsəmə dəliklərinin, bədənin ön hissəsində xorda və həzm borusu altında qan-damar sisteminin döyünən hissəsi — 'ürəyin' olması xarakterikdir. Xordalılar heyvanlar aləminin ən əsas tipi hesab olunur. Bu tipə 100.000-ə qədər növ daxildir. Xordalılar üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna xorda deyilir. Xorda ox skelet olub, vakuollaşmış hüceyrələrdən ibarətdir. O, primitiv orqanizmlərdə bütün ömrü boyu qalır. Ali orqanizmlərdə isə o, onurğa fəqərələri ilə əvəz olunur. Xordalılar anlayışı onurğalılar və bəzi onurğasızları əhatə edir. Bel sütununun üzərində boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə bitir. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir. Sadaladığımız özünəməxsus xüsusiyyətlərlə yanaşı, xordalılar üçün bədənin üçqatlı olması, ikitərəfli simmetriyası, ikinci bədən boşluğu xarakterikdir.

Təsnifatı

Xordalıların 3 yarımtipi məlumdur:


Yarımtiplər Siniflər
Kəlləsizlər (Acrania və ya Cephalochordata) Leptokardilər (Leptocardii) sinfi
Qişalılar (Tunicata) Assidilər (Ascidiacea) sinfi
Lavralar (Lavracea) sinfi
Salplar (Thaliacea) sinfi
Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata) Hiperoartiyalar (Hyperoartia) sinfi
Miksinlər (Myxini) sinfi
Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi
Şüaüzgəcli balıqlar (Actinopterygii) sinfi
Pərüzgəcli balıqlar (Sarcopterygii) sinfi
Suda-quruda yaşayanlar (Amphibia) sinfi
Sürünənlər (Reptilia) sinfi
Quşlar (Aves) sinfi
Məməlilər (Mammalia) sinfi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Chordata haqqında məlumat. Chordata nədir? Chordata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Uqo Çaves

  • Fevral 23, 2026

    Əlyazma

  • Fevral 24, 2026

    Rusiya rublu

  • Fevral 23, 2026

    Xorvatiya Prezidenti

  • Fevral 23, 2026

    Bizans

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst