Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Priska (lat. Prisca; III əsr – 315, Saloniki) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqi

Priska

  • Ana Səhifə
  • Vikipediya
  • Priska

Priska (lat. Prisca; III əsr – 315, Saloniki) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır.

Priska
lat. Prisca
Şəxsi məlumatlar
Doğum tarixi III əsr
Vəfat tarixi 315(0315)
Vəfat yeri
  • Saloniki, Qədim Roma
Vəfat səbəbi başın kəsilməsi[d]
Həyat yoldaşı
  • Diokletian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir.

Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi.

Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir.

Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.

305-ci ildə Diokletian könüllü olaraq imperatorluqdan istefa verib öz dogma yerlərinə- Dalmasiyaya qayıdıb bostançılıqla məşğul olarkən, çox güman ki Priska da onunla idi.

Onların qızı Valeriya 293-cü ildə Balkanlarda və Kiçik Asiyadakı əyalətləri idarə edən imperator Qaleriyə ərə getmişdi. Qaleridən sonra hakimiyyətə gələn Lisini Valeriyaya evlilik təklif etsə də, ona etibar etməyən Valeriya bu təklifdən imtina edərək Kiçik Asiyanı idarə edən Maksimin Daza sığınmışdı. Lakin Maksimin də ona evlənmək istədi və Valeriya ona da rədd cavab verdi. Qəzəblənən Maksimin onu anası Priska ilə birlikdə Suriyaya sürgün etdi. Valeriya atası Diokletiana xəbər çatdıra bilsə də, Diokletianın qızını ona qaytarmaq xahişləri nəticəsiz qaldı.

313-cü ildə Lisini döyüşdə Maksiminə qalib gəldi. Valeriya ilə Priska qaçaraq gizlənməli oldular. Lakin 315-ci ildə onlar Fessalonikidə aşkar edildilər və Lisininin göstərişi ilə oradaca boyunları vurularaq edam edildilər, meyitləri isə dənizə atıldı.

Çox güman ki, o dövrdə Diokletian artıq ölmüşdü.

Müqəddəs Aleksandra və Priska

Rus rəssamı Nikolay Bodarevskinin "Çariça Müqəddəs Aleksandra" rəsmi

Romalı Aleksandra (yun. Αλεξάνδρα; d.-?, ö.- 21 aprel 303 və ya 313) — xristian müqəddəsi, şəhid kimi pravoslav kilsəsi tərəfindən aprelin 23-də (yulian təqvimi ilə), kopt kilsəsi tərəfindən isə aprelin 10-da yad edilir.

Aleksandra haqqında Müqəddəs Georgiyə dair əfsanələrdə məlumatlar var. Bu əfsanələrdə o Diokletianın həyat yoldaşı kimi təqdim edilir. Georginin əzablarını və Allahın ona möcüzəli köməyini görən Aleksandra özü də xristianlığa keçir və bunu gizlətmir. Buna görə də, o əri tərəfindən edam edilir (başqa versiyaya görə isə, edamadək özü vəfat edir).

Lakin məlum olduğu kimi, imperator Diokletianın həyat yoldaşı Priska olmuşdur və o da xristian idi . Güman etmək olar ki, Aleksandra Priskanın xristianlığı qəbul etdikdən sonra götürdüyü ad olmuşdur. Qeyd etmək lazımdır ki, Simeon Metafrastın əsərində, 916-cı ilə aid Vatikan Məcəlləsində Aleksandra Diokletianın həyat yoldaşı adlandırılmır.

Aleksandra ilə Priskanın eyniləşdirilməsi cəhdləri XX əsrə aiddir. Belə ki, Moskva patriarxlığı belə qərara gəlmişdir ki, Aleksandranın 303-cü ildə ölməsi yanlışlıqdır və o 313-cü ildə ölmüş sayılmalıdır. Lakin bu versiya da qədim mənbələr, o cümlədən ərəb və kopt apokrifləri tərəfindən də dəstəklənmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Priska haqqında məlumat. Priska nədir? Priska nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Trir

  • Fevral 23, 2026

    XVIII əsr

  • Fevral 24, 2026

    Texnologiya

  • Fevral 23, 2026

    Veymar

  • Fevral 23, 2026

    Dövlət dini

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst