Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keç

Su-33

  • Ana Səhifə
  • Vikipediya
  • Su-33

Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir.

Su-33
Rusiya HDQ-yə məxsus Su-33
Rusiya HDQ-yə məxsus Su-33
Tipi Aviadaşıyıcı üçün nəzərdə tutulmuş hava üstünlük qırıcısı və çoxməqsədli qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı SSRİ / Rusiya
Baş konstruktor Mixail Simonov
Dizayner Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası
İlk uçuş 17 avqust 1987-ci il
İstismara verilmə tarixi 31 avqust 1998-ci il
Status İstehsalı dayandırılıb
İstismarçılar Rusiya Hərbi Dəniz Qüvvələri
İstehsal ili 1989–1999
Buraxılış sayı 9 ədəd prototip və 26 ədəd seriyalı istehsal
Baza modeli Su-27
Variantları Su-33UB
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.

Mündəricat

Əməliyyat tarixçəsi

Sovet İttifaqı və Rusiya

Su-27K ilk dəfə 1990-cı illərin ortalarında silahlanmaya qəbul edilmişdir. 1995-ci ilin dekabrından 1996-cı ilin mart ayına qədər olan müddət ərzində Aralıq dənizində xidməti vəzifəsini yerinə yetirən Admiral Kuznetsov aviadaşıyıcısının üzərində iki ədəd Su-25UTG, doqquz ədəd Ka-27 və 13 ədəd Su-27K var idi. Buna baxmayaraq, təyyarənin rəsmi olaraq "Su-33" adı ilə silahlanmaya qəbul olunması 31 avqust 1998-ci ilə təsadüf edir. Həmin vaxt bu qırıcıların ilk partiyası Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal flotiliyasının Severomorsk-3 aviabazasında dislokasiya olunmuş 279-cu Dəniz Qırıcı alayına təhvil verilmişdi.

Sovet İttifaqının dağılmasından sonra Rusiya HDQ-də silahlanma ilə əlaqədar bir sıra proqramlar ixtisar olunmuşdur. 2009-cu ildə Rusiya HDQ öz silahlanmasında olan Su-33 qırıcılarını 24 ədəd MiQ-29K ilə əvəzləmək barədə qərar qəbul etmişdir. MiQ-29K qırıcılarının 2011-ci ildən 2015-ci ilə qədər Rusiya HDQ-nin silahlanmasına daxil ediləcəyi planlaşdırılmışdı. 2015-ci ildə Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor İqor Kojin mətbuata açıqlamasında artıq ikinci alayın da tamamilə MiQ-29 qırıcıları ilə təchiz edildiyi və hazırda silahlanmada olan Su-33 qırıcılarının isə modernizasiya edildikdən sonra gələcəkdə yenidən istifadə olunacağı barədə məlumat vermişdir. 2016-cı ilin payızında imzalanmış müqavilə nəticəsində Su-33 qırıcılarının SVP-24 hədəfləmə sistemi ilə təchiz olunmasına başlanmışdır. İlk modernizə edilmiş döyüş təyyarələri elə həmin ilin sentyabr ayında tədarük edilmişdir. Su-33 üçün modernizasiya olunmuş mühərriklərin təchizatına isə 2017-ci ildən etibarən başlanmışdır.

Taktiki-texniki xüsusiyyətləri

Ümumi göstəriciləri

  • Ekipaj: 1 nəfər
  • Uzunluğu: 21.19 m
  • Qanad genişliyi: 14.7 m
  • Hündürlüyü: 5.93 m
  • Qanad sahəsi: 67.84 m²
  • Boş çəki: 18,400 kq
  • Yüklü çəki: 29,940 kq
  • Maksimum qalxma ağırlığı: 33,000 kq
  • Güc təminatçısı: 2 × Saturn AL-31F3 mühərrik

Uçuş keyfiyyətləri

  • Maksimum sürət: 2.2 max (2300 km/saat)
  • Məsafə: 3000 km
  • Maksimum qalxma yüksəkliyi: 17,000 m
  • Yüksəkliyə qalxma sürəti: 246 m/saniyə
  • Qanad yüklənməsi: 483 kq/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.83
  • Maksimum g yüklənmə: +8 g
  • Eniş sürəti: 240 km/saat

Həmçinin bax

  • Su-27
  • Aviadaşıyıcı
  • MiQ-29

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Su-33 haqqında məlumat. Su-33 nədir? Su-33 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İNOQEYT

  • Fevral 27, 2026

    Qaraqoyunlular dövləti

  • Fevral 27, 2026

    Kosmos (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Nemət Bəsir

  • Fevral 27, 2026

    Bayquş

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst